I dərs
- Əsərin ilk üç parçasını oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz,
fasilələrlə
oxunun tətbiqi daha məqsədəuyğundur). Hər parçanın oxusundan sonrakı fasilədə onun
məzmunu ilə
bağlı suallara cavab verin.
- Parta yoldaşınızla birlikdə dördüncü parçanın məzmununa aid suallar tərtib edin.
Kiçik qruplarda birləşib suallara cavab hazırlayın.
- Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin.
- Dastanın ardını oxuyun.
- Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
II dərs
-
Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin, sonra mətnlə bağlı suallara
parta yoldaşınızla birlikdə cavab hazırlayın.
-
Kiçik qruplarda fikir mübadiləsi aparın və cavabları təqdimat əsasında müzakirə edin.
Bilik və bacarıqlarınızı tətbiq edin.
- Əsərin dastan janırında olduğunu nümunələrlə əsaslandırın.
-
Əsərdən seçdiyiniz hissəyə ad verin. Məzmununu tərtib etdiyiniz plan əsasında
yaradıcı
nağıletməyə hazırlaşın.
-
Tarix dərsliyi də daxil olmaqla, müxtəlif mənbələrdən öyrəndiyiniz məlumat əsasında
“Cəlalilər hərəkatı və “Koroğlu” dastanı” mövzusunda məruzə mətni hazırlayın.
III dərs
Əsərin təhlilinə hazırlaşın.
- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
XVI əsrin sonu, XVII əsrin əvvəllərində baş verən Cəlalilər hərəkatı xalq arasında geniş
əks-səda tapmışdı. “Koroğlu” dastanının tarixi mənbəyi məhz bu hərəkat hesab olunur. Lakin
unutmaq olmaz ki, bu dastan xalqın bədii təfəkkürünün, düşüncəsinin məhsuludur. Elə buna
görə də istər Koroğlunun, istərsə də onun silahdaşlarının - dəlilərinin bədii obrazı xalqın
arzu və istəyinə, zövqünə uygun olaraq yaradılmışdır.