- Yaxşı, sənin ağlın yoxdu, bu adamın sözünə baxıb məni aparırsan. Xotkarın da ağlı yoxdu? Ya mənim dilim yoxdu ki, onu başa salmayam? Niyə xotkar görmür ki, mən yaraqsız-yasaqsız bir adamam? Belə də Koroğlu olar? Əgər Koroğlunu tutmaq belə asan olsaydı, onda nə varidi ki? Bir də Koroğlunu sən tanımırsan. O biri paşalar, xanlar ki tanıyırlar. Xotkarın elə öz oğlu Bürcü Sultan da Koroğlunu tanıyır ki... Bəs onlara nə deyəcəksən?
Koroğlunun sözləri Bolu bəyi lap inandırdı. Fikirləşdi ki, bunu aparram, birdən Koroğlu olmaz, dünyayi-aləmdə biabır olub gedərəm. Ondan sonra ya gərək özümü öldürəm, ya da ki guşənişin olub camaat içinə çıxmayam.