Füzulinin “Söz” qəzəlini Nizaminin “Sultan Səncər və qan” mənzum hekayəsi ilə
növ və janr baxımından müqayisə edin. Venn diaqramından istifadə edin.
Dastanda düşmənə qalib gələn qəhrəmanlara hər bir boyun sonunda Dədə Qorqud
xeyir-dua verir, onlara dastan qoşur, “məndən sonra ozanlar oxusunlar'', deyir. Ulu
babalarımızın sözə verdiyi bu dəyər “Söz” qəzəlindəki hansı beytlərdə öz əksini tapıb?
Son beytdəki fikir sizdə hansı düşüncələr oyatdı?
Əsərdən cədvəldəki atalar sözlərinin məzmununa uyğun misralan seçin.
Atalar sözləri
Əsərdən seçilmiş nümunə
Söz qılıncdan kəskindir.
Sözü məqamında deyərlər.
Söz pəhləvanı olma.
Sözünü bilməyəni bayıra atarlar.
İnsan ölər, sözü qalar.
Ədəbiyyatşünas alim Həmid Araslı yazır: “Füzulinin bu qəzəlinin əhəmiyyəti təkcə
söz sənətinə münasibətini əks etdirməklə məhdudlaşmır. Bu şeir hər danışan adamdan öz
nitqinə məsuliyyətlə yanaşmağı, mənalı sözlər seçib işlətməyi tələb edir.
Çünki gözəl və mənalı söz insanın mənəvi aləminin zənginliyini, onun mərifətini
göstərir”.
Siz bu barədə nə düşünürsünüz?
“Füzulinin “Söz “ qəzəlində əksini tapmış fikirlərin dövrümüz üçün əhəmiyyətini
nədə görürəm?” mövzusunu müzakirə edin.
Evdə iş
“Söz” qəzəli məndə hansı düşüncələr yaratdı?” mövzusunda mühakimə xarakterli esse
yazın.