Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. |
|
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz. |
|
Bir nigari-ənbərinxətdir könüllər almağa, Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz. |
|
Xazini-gəncineyi əsrardır hər dəm çəkər, Rişteyi-izharə min-min gövhəri-əsrar söz. |
|
Olmayan qəvvasi-bəhri-mərifət arif degil Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz. |
Əsərin məzmunu ilə bağlı fikirlərinizi ikihissəli gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər | Bunun səbəbi |
---|---|
Əsərin təhlilinə hazırlaşın.
Füzuli ədəbiyyatımızda qəzəlin ən görkəmli ustadı sayılır. O, qəzələ böyük qiymət verir, sənətkarın öz düşüncələrini oxucuya çatdırması üçün bu jarı daha münasib sayırdı:
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
Qəzəl janırında olan “Söz” ədəbiyyatımızda söz haqqında yazılmış əsərlərin içərisində maraqlı məzmunu, məna, ideya dərinliyi ilə seçilir. Şair əsərdə sözlə bağlı düşüncələrini, insanın, sənətkarın həyatında sözün rolu barədə fikirlərini böyük ustalıqla ifadə etmiş, oxucunu sözün məna gözəlliyini duymağa səsləmişdir.