Unutmayın ki, söz sənətkarlarımız baharın təsvirinə tez-tez müraciət etmişlər. Bu təsvir
bahariyyə adlanır. Bahariyyə müxtəlif janrlarda yazılmış müstəqil şeir formasında, yaxud
irihəcmli əsərlərdə - poemada və s. parça şəklində olur. Oxuduğunuz “Bahariyyə”
Xətayinin “Dəhnamə” əsərindən parçadır.
- Araşdırın
- Fikirləşin
- Cavab verin
- Şeirin hansı mövzuda yazıldığını nümunələrlə əsaslandırın.
- Bahann gəlişi ilə təbiətdə baş verən dəyişiklik əsərdə təbii, inandırıcı əks olunubmu?
- “Şeirdə təbiətlə insanın bağlılığı, bir-birini tamamlaması da ifadə olunmuşdur”
fikrini doğru saymaq olarmı? Nə üçün?
- Əsərin bədii gözəlliyini təmin edən vasitələri nümunələr əsasında aydınlaşdırın.
- Şeirdəki başlıca fikir -ideya, sizcə, nədir?
-
Müxtəlif mənbələrdən topladığınız məlumat əsasında “Ədəbiyyatımızda bahariyyə”
mövzusunda məruzə üçün mətn yazın.
III dərs
- Tətbiq
- Müzakirə
- Yaradıcı iş
-
“Bahariyyə”ni təbiətin təsvirinə həsr olunmuş tanış bir əsərlə müqayisə edin. Onların
oxşar və fərqli cəhətlərini cədvəldə yazın.
Hansı cəhətlərinə görə müqayisə olunurlar? |
Əsərlərin adı |
“Bahariyyə” |
|
|
|
|
-
Əsərdən ilk beş beytin ifadəli oxusunu hazırlayın. Unutmayın ki, poema əruz vəzninin
həzəc
bəhrindədir. “Həzəc” sözü ərəb dilində xoşagələn avaz, ürəyəyatan xoş səs deməkdir. Bu
bəhrdə olan əsərlər şirin səslə, aramla oxunur. Həmin bəhrin növü çoxdur .“Dəhnamə”
üçtəfiləli növdə yazılıb. Oxu zamanı hər təfiləyə uyğun bölümün bütöv ifasına nail olmaq
vacibdir. Bu, bütövlükdə misranın oxusuna və mənanın başa düşülməsinə mane olmamalı,
ahəngin yaranmasını təmin edən vasitəyə çevrilməlidir.
MəfUlü |
MəfAilün |
fəUlün |
Qış getdi,
Gül bitdi
|
yenə baha
vü laləza
|
r gəldi,
r gəldi.
|
-
Digər beytləri də bu qaydada yazın. İfaçılıq vəzifəsini, səsinizin alacağı çalarları,
sürətini,
ucalığını və s. müəyyənləşdirin. Şərti işarələrdən istifadə edin.
-
İfaları dinləyib müzakirə edin.
-
Əsərdən beş beytdən az olmayaraq seçdiyiniz parçanın ifadəli oxusunu hazırlayın. Şərti
işarələrdən istifadə edin.