Bağrı qaranın qarardı bağri,
Şahbaz ona varanda doğri.
Hər şey günəşə qurutdu yaşin,
Qövsi-qüzeh açdı tər qumaşin.
Döndü vətəninə cümlə quşlar,
Gəldi yuvasına qırlaquşlar.
Əsərin təhlilinə hazırlaşın.
Əsərdə baharın gəlişi ilə təbiətdə baş verən canlanma, onun min rəngə boyanması ən xırda incəliklərinə qədər əks etdirilmişdir. Hərbeytdə bütöv bir mənzərə, parlaq birlövhə yaradılmışdır. Bu beytlərin bədii gözəlliyinin aydınlaşdırılması həm onlarda ifadə olunmuş fikrin, müəllif niyyətinin daha dərindənbaşa düşülməsinə, həm də alınan zövqün tamlığına, bütövlüyünə səbəb olur. Əsərin lap əvvəlində oxuyuruq:
Yer geydi qəbayi-xizrpuşan,
Cümlə dilə gəldi ləbxamuşan.
Bu misralarda ifadə olunan fikir artıq sizə məlumdur. Bəs bu fikir hansı sənətkarlıqla, ustalıqla ifadə edilmişdir?
Burada güclü məcazilik var; yer, əlbəttə, paltar geyməz, onun başdan-başa yaşıllığa bürünməsini obrazlı, təsirli çatdırmaq üçün şair bu vasitəni seçmişdir.
İkinci misrada da cəlbedici, maraqlı bədii gözəlliyin şahidi oluruq; bahar öz gözəlliyi, təravəti ilə lal-dinməzləri belə dilə gətirir, fərəhləndirir, sevindirir.
Şeirin üzərində müşahidələrinizi davam etdirin. Sözlərin necə seçildiyinə, misralarda nə cür əlaqələndirildiyinə, məcazlardan hansı məqsədlə istifadə olunduğuna diqqət yetirin. Əsərin məzmunu barədə aydın təsəvvürünüz olduğu üçün bu işi yerinə yetirməkdə çətinlik çəkməyəcəksiniz.