Yaşın yerə tökdü əbri-neysan,
Bülbüllər oxudu səd hezaran.
Mey bəslədi jalə hər vərəqdə,
Türrac kitab oxur təbəqdə.
Qum-qum der idi ağacda qumri,
Məst oldu bənövşə, içdi xəmri.
Şax üstə qabaqlar aslı hali,
Qu gərdənidən verür misali.
Quş beççələri ünü yuvadən
Məktəb ünü tək gəlür həvadən.
Boyandı zəmin hezar rəngə,
Övraqi-şəcər də təngə-təngə.
Nilufər açıldı, suyə girdi,
Pirahənini başına sardı.
Çinar əlini çü rəqsə açdı,
Gül xurda zərin şəbaşə saçdı.
Çaylar bulandı, yıxdı arxın,
Bağlar ağacı göyərtdi şaxın.
Yüz dürlü qəba geyib çəmənlər,
Ağ donunu geydi yasəmənlər.
Sirabi gülün yüzündə abi,
Nərgis oturur gözündə xabi.
Sərv etdi çəməndə sərfərazi,
Gül cilvələnir başında nazi.
Çıxmış budağ üstə əndəlibi,
Mənbərdə oxur çəmən xətibi.
Lalə oturur başında taci,
Heç sərvərə yoxdur ehtiyaci.
Sünbül daramış saçın beşanə,
Ənbər qoxusun qılur fəşanə.
Al ilə yaşıl geyindi bağlar,
Ağ ləçəgi sərpə saldı dağlar.
Durmuş çəmən üzrə sərv ayağə,
Qılmağa təmaşa solü sağə.
Ahu quzu doydurub uyutdu,
Oğurlanıb özü ota getdi.
Duma uçub ün çəkib həvadə,
Gedər ünü qırx ağac ziyadə.