İfadəli oxuya hazırlaşın
Əruz vəznində yazılmış şeirlərin ifadəli oxusu heca vəznində olan şeirlərin oxusundan fərqlənir. Təfiləyə uyğun gələn bölümü (misranın parçasını) bütöv oxumaq lazım gəlir. Təfilənin tələbi ilə bir çox hallarda sözlərin parçalanması ifaçının işini çətinləşdirir. Yəni bölüm bütöv oxunmalı, onlann arasında durğulara (fasilələrə) əməl edilməlidir. Bölümlərin oxusu ilə misranın bütövlükdə oxusu arasındakı tənasüb gözlənilməlidir. Yəni bütün diqqəti bölümlərin oxusuna yönəldib misranın oxusunu unutmaq olmaz. Bölümlərin ustalıqla oxunması, onların arasındakı sərhədin nəzərə çatdırılması bütövlükdə misranın uğurlu oxusunu, fikrin başa düşülməsini təmin edir.