uzun olduğu necə müəyyənləşdirilir? Bu vəznin tələbinə görə, qapalı hecalar uzun, açıq hecalar isə, əksər hallarda, qısa olur. Əgər heca uzanan sait səslə bitərsə, uzun heca sayılır. Buradan aydınlaşır ki, qəlibdə açıq və qapalı hecalar necə növbələşirsə, şeirin bütün misralarında da o qayda özünü göstərir.
Bunu aşağıdakı nümunədə müşahidə etmək mümkündür:
fA (uzun) |
İ (qısa) |
lA (uzun) |
tün (uzun) |
fA (uzun) |
İ (qısa) |
lA (uzun) |
tün (uzun) |
fA (uzun) |
İ (qısa) |
lA (uzun) |
tün (uzun) |
fA (uzun) |
İ (qısa) |
lün (uzun) |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şə | ha, | meh | rin | dən | mi | dir, | ya | a | şi | na | lıq | dan | mı | dır, |
Cis | mi | mi | sər | ta | qə | dəm | min | gəz | ya | rar | lar, | ağ | rı | maz. |
Əruz vəznində yazılan qəzəl qədim və orta dövr ədəbiyyatımızda ən geniş yayılmış janrlardandır. Müxtəlif mövzularda olan qəzəl beş, yeddi və daha artıq beytdən (iki misra “beyt” adlanır) ibarət olur. İlk beyt “mətlə”, son beyt “məqtə” adlanır. Son beytdə, çox vaxt müəllifin təxəllüsü (bəzən də adı) verilir. Beytlərin hər birində bitkin, müstəqilfikir və hiss ifadə edilsə də, aralarında həm məzmun, həm də forma bağlılığı olur.
Qəzəlin birinci beytinin misraları həmqafiyə, sonrakı beytlərin birinci misrası sərbəst, ikinci misrası isə birinci beytlə qafiyələnir.
Gənc yaşlarından müxtəlif təriqətlərlə - eyni əqidə, məslək sahiblərini birləşdirən təşkilatlarla maraqlanan Nəsimi zülmə, ədalətsizliyə qarşı çıxan hürufilərə (onlar varlığın sirrini ərəb əlifbasının hərflərində görürdülər) qoşulmuşdur. Onun əsərlərinin böyük bir qismi hürufi ideyalarının şərhinə və təbliğinə həsr olunub. Hürufiliyi təbliğ etdiyinə görə təqib olunan şair 1417-ci ildə Hələb şəhərində edam edilmişdir. Ehtimal olunur ki, ''Ağrımaz'' qəzəli edam öncəsi yazılmışdır.
Şeiri oxuduqca tutduğu yolun doğru və ədalətli olduğuna ürəkdən inanan cəsarətli, yenilməz insan obrazı göz önündə canlanır. Bu obrazı hərtərəfli səciyyələndirmək və dəyərləndirmək üçün şeirdəki hər sözün, ifadənin üzərində ciddi düşünmək və əsərdə geniş istifadə olunmuş təzadların rolunu aydınlaşdırmaq faydalıdır.