“Əsər məndə müəllif haqqında hansı təəssürat yaratdı?” mövzusunda şifahi təqdimata hazırlaşın.
Əsərin təhlilinə hazırlaşın.
“Ağrımaz” qəzəli əruz vəznində yazılmışdır. Bu vəzn qədim ərəb poeziyasında meydana gəlmiş, bütün Şərqə yayılmışdır. Görkəmli Azərbaycan şairləri: N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir və b. bu vəzndə ölməz sənət əsərləri yaratmışlar. Böyük sənətkarlarımız əruz vəznini dilimizin təbiətinə, şeir sənətimizin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmış, bu sahədə uğur qazanmışlar. Məlumdur ki, əruz vəzni bir və ya bir neçə tipfərqli təfilədən yaranan qəliblər üzərində qurulur. Bu nə deməkdir? Əruz vəznini elmi şəkildə əsaslandıran Xəlil ibn Əhməd ərəb dilində olan zəngin ədəbiyyatı - nəzm əsərlərini araşdırmış, onların vəznini (ölçüsünü) və ahəngini feil sözünün müxtəlif şəkilləri əsasında müəyyənləşdirmişdir. “Feil” sözününfərqli şəkillərdə işlənilməsi müxtəlif təfilələrin (fəilün, məfAİlün, fAilatün və s.) yaranmasına səbəb olur. Təfılələr isə qəlib əmələ gətirir. Əruz vəznində yazılmış şeirdə misradaxili bölüm təfilənin tələbi ilə yaranır. Beləliklə, təfilə misrada bölümə, qəlib isə misraya bərabərdir. Təfilənin qəlibdə müxtəlif sayda (iki, üç, yaxud dörd olmaqla) müəyyən tərtibdə düzülüşü əruz vəzninin müxtəlif bəhrlərini (həzəc, rəməl, xəfif və s.) yaradır. Rəməl bəhrində yazılan “Ağrımaz” qəzəlinin qəlibi belədir:fAilAtün fAilAtün fAilAtün fAilün. Qəzəlin mətni bu qəlibə uyğun olaraq aşağıdakı şəkli (burada bir beyt göstərilir) alır:
fAilAtün | fAilAtün | fAilAtün | fAilün |
---|---|---|---|
Fitvasından Qəm degil sən |
zahidin na dən, şəha, gör |
həq məni gər cək damarlar |
soyalar, ağnmaz |
Heca vəznində olan əsərlərdən fərqli olaraq, əruz vəznli şeirlərin misralarındakı hecaların sayının bərabər olması (bu, ahəngin yaranması üçün çox vacibdir) zəruri deyildir. Əruz vəznli şeirlərdə bu bərabərliyi hecaların uzun və ya qısa tələffüz edilməsi yaradır. Bəs təfilədəki (deməli, həm də ona uyğun olan misra bölümündəki) hecaların qısa və ya