Əsərin təhlilinə hazırlaşın.
Əsərləri yüz illər boyu maraqla oxunan Nizami insanı yer üzünün ən qiymətli varlığı sayırdı. O, kiçikhəcmli əsərlərində, “Xəmsə” adlanan beş poemasında sadə insanlara böyük rəğbətini ardıcıl ifadə etmiş, onlanrın haqqını tapdalayanlara nifrətini gizlətməmişdir. Şairin bu mövqeyi “Sultan Səncər və qarı” əsərində də özünü qabanq göstərir. Bu əsər Nizaminin ilk poeması olan “Sirlər xəzinəsi”ndəndir. Ümumiyyətlə, poemada həyat hadisələri, obrazların taleyi geniş təsvir edilir. Bəzi poemalarda hadisələrin şairdə doğurduğu hiss və duyğulara daha geniş yer verilir. Belə olanda həmin əsər lirik-epik poema adlandırılır. Bəzən isə, əksinə, əhvalat və hadisələrin təsviri üstünlük təşkil edir, müəllifin hiss və duyğularının ifadəsi arxa plana keçir. Belə əsərlər isə epik-lirik poema hesab edilir.
Əsərin üzərində müşahidələrinizi davam etdirin, qarının sözlərinə xüsusi diqqət yetirin. Bu sizə obrazları başa düşməkdə, əsərin ideyasını aydınlaşdırmaqda kömək edəcək.
Obraz | Qan obrazında diqqətimi daha çox çəkən cəhətlər | Bunun səbəbi |
---|---|---|
Qarı obrazı |
Qarının | |
---|---|
hökmdara münasibəti | məmurlara münasibəti |