Ölümün dəhşətindən qorxub bir hesab apar, Növbə sənə də çatar, əlini eylə hasar. |
|
Ədalət çırağındır yolunda, olma naşı, Bu günündür sabahın ən mehriban yoldaşı. |
|
Çəkin, çarəsizlərin dağıtma var-yoxunu, Bəlkə, o qəmlilərin yeməyəsən oxunu. |
|
Sən ki hər bir bucağa ox atırsan bu qədər, Acların qarğışından, söylə, qafilsən məgər? |
|
Unutma ki, aləmi açmağa bir açarsan, Dünyada zülm etməyə yaranmış məgər insan? |
|