Unutma ki, aləmi açmağa bir açarsan,
Dünyada zülm etməyə yaranmış məgər insan?
Sən hökmdar olmusan, yetişəsən haraya,
Daim məlhəm qoyasan vurulan hər yaraya.
... Hər zaman rəiyyətin diləyinə qulaq as,
Ürəkdən məzlumların ürəyinə qulaq as”.
Çox danışdın, qalx, yetər bu şairlik ilhamı
Qana dönmüş qəlbinə qan qoymuşdur, Nizami.
(Tərcümə edən: S.Rüstəm, A.Sarovlu)
Sultan Səncər və qan (mozaika). Rəssam: M.Abdullayev.