I dərs
-
Əsərin ilk üç parçasının hər birinin oxusundan (bunu fərqli formalarda həyata keçirə
bilərsiniz) sonra onlara aid suallara cavab verin.
- Oxuduğunuz parçalardan seçdiyiniz hissəyə ad verin, məzmununu tərtib etdiyiniz plan
əsasında geniş nağıl etməyə hazırlaşın.
- Dastanın ardını oxuyun.
- Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
II dərs
-
Evdə oxuduğunuz parçalan bir daha nəzərdən keçirin, sonra mətnlə bağlı suallara
parta yoldaşınızla birlikdə cavab hazırlayın.
-
Kiçik qruplarda birləşib cavabları dəqiqləşdirin, sonra təqdimatlar əsasında fikir
mübadiləsi və müzakirə aparın.
Bilik və bacarıqlarınızı tətbiq edin.
- Əsərdə dastan janırına məxsus hansı xüsusiyyətləri göstərə bilərsiniz?
-
Kiçik qruplara aynlın, aşağıdakı tapşırığı yerinə yetirin:
Hadisələrin başlanğıcını, münaqişənin (ziddiyyətin)
yaranmasını, inkişafını, ən gərgin, yüksək mərhələyə
çatmasını, həll olunmasını (açılmasını) və sonluğu bir-iki cümlə ilə yazın.
- Obrazların nitqi-danışığı üçün mühüm hesab etdiyiniz söz və ifadələri
müəyyənləşdirib
yazın. Nə üçün məhz onlan seçdiyinizin səbəbini aydınlaşdırın.
III dərs
Əsərin təhlilinə hazırlaşın.
- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Aşağı siniflərdən tanış olduğunuz, yaşı min ildən xeyli çox olan "Dədə Qorqud"
dastanı dünya ədəbiyyatının möhtəşəm əsərlərindəndir. Bu dastanda babalarımızın -
oğuz türklərinin yurd, vətən sevgisi, dövlətçilik təfəkkürü, anaya, övlada, bütövlükdə
ailəyə münasibəti geniş əksini tapıb.