- Marş- dilimizdə “əsgərlikdə yürüş üçün verilən əmr”, “dövlət tərəfindən qəbul edilmiş
və milləti, dövləti təmsil etmək üçün hazırlanmış musiqi əsəri, nəğmə” mənalarında
işlədilir.
- Metafor- bədii təsvir vasitəsi olub köçürmə anlamındadır. Metaforda müəyyən
əşyanın əlaməti
müqayisə əsasında digər əşyanın üzərinə köçürülür. Məsələn, təbiət
oyandı metafordur, burada insana aid olan əlamət təbiətin üzərinə köçürülmüşdür.
Metafor
təşbehə
bənzəsə də, aralarında fərq vardır. Təşbehdə həm bənzəyən, həm də
bənzədilən işlənilir: Buludlar insan kimi göz yaşı tökdü. Bu nümunədə təbiət
bənzəyən,
insan bənzədilən olduğu üçün təşbehdir. Metaforda bənzəyən göstərilir, bənzədilənin
isə adı çəkilmir, yalnız əlaməti nəzərə çatdırılır: Buludlar göz yaşı tökdü.
- Məcaz- sözün məcazi mənası əsasında yaranan bədii təsvir vasitələrinə - epitet,
təşbeh, metafor, metonimiya, simvola deyilir.
- Məqtə- şeirin (xüsusən qəzəl və qəsidələrin) son beytinə deyilir.
- Mətlə- şeirin (xüsusən qəzəl və qəsidələrin) ilk beytinə deyilir.
- Monoloq- bədii əsərdə bir adamın öz müsahibinə, səhnədəki digər surətlərə, yaxud
öz-özünə müraciətlə söylədiyi nitqdir. Dramatik əsərdə bəzən monoloq qəhrəmanın
tamaşaçılara müraciəti şəklində olur. H.Cavidin “Ana” mənzum dramının sonunda qatil
Murad getdikdən sonra səhnədə tək qalan Səlma ananın dediyi sözlər onun monoloqudur.
- Mövzu- yazıçının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər,
səciyyəvi hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.
- Nəsr- ədəbi yaradıcılığın iki əsas tipindən (nəsr, nəzm) biridir. Nəsr əsərlərinin
vahidi
olan cümlə adi danışıq formasına yaxın bir şəkildə - cümlələr və abzaslar şəklində yazılır.
Nəsr
əsərləri adi dil normaları əsasında qurulur. Burada cümlədəki sözlərin
qrammatik sıralanmasının pozulmasına az təsadüf olunur. Nəsrin şeirdən fərqli özünəməxsus
ahəngi
vardır. Nəsrdə süjet, hadisələrin inkişafı daha çox yer tutur.
- Nəzirə- başqa bir yazıçının bu və ya digər əsərinin təsiri altında, bənzətmə yolu ilə
yaradılan əsərə deyilir.
- Nəzm- ərəb sözü olub, mənası nizam-intizam deməkdir. Bədii əsərin yazılma
formalarından
(nəzm, nəsr) biridir. Nəzmlə yazılmış əsərlərdə fikir adi danışıq formasından
fərqli, emosional şəkildə misra, beyt, bəndlərdə ifadə edilir. Nəzm əsərlərinin bir
xüsusiyyəti
də misralarda söz sırasının pozulması hallarının (inversiyanın) geniş yayılmasıdır. Nəzmin
əsas
əlamətləri bunlardır: ahəng, ölçü, qafiyə, rədif, bölgü, inversiya.
- Novella- hekayənin gözlənilməz sonluqla bitən formasına deyilir. Ə.Haqverdiyevin
“Bomba” əsəri gözlənilməz sonluqla bitdiyi üçün novella adlanır.
- Realist metod -sənətkarın bədii əsər yazarkən istifadə etdiyi yaradıcılıq metodlarından
biridir. Latınca realis sözündəndir, mənası olduğu kimi, həqiqət deməkdir.
Realist
metodun əsas tələbi həyat hadisələrini olduğu kimi təsvir etməkdir. Bu metodda real
hadisələrin təsviri əsas yer tutur.
- Realizm- müəyyən dövrdə realist metodla yazıb-yaradan sənətkarları birləşdirən ədəbi
cərəyan. XX əsrin əvvəllərində tənqidi realizm bədii metodunun nümayəndələri
(C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və başqaları) “Molla Nəsrəddin”
jurnalının ətrafında birləşmişdilər.
- Romantizm- həyat hadisələrini olduğu kimi yox, özünün arzuladığı, görmək istədiyi
kimi yazıb-yaradan romantik sənətkarların birləşdiyi ədəbi cərəyandır. Romantik metodla əsər
yazan sənətkar həyat hadisələrinə öz subyektiv baxışlarını, ideal saydığı, öz
təxəyyülünün məhsulu olan hadisələri əks etdirir.
- Remarka- dramatik əsərdə iştirak edən şəxslərin zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi
və getməsi, davranışı, hisləri, hərəkətləri, səhnədəki vəziyyət və s. haqqında müəllifin