- İllüstrasiya - bədii əsənn mətni ilə əlaqədar olan və bu mətnin izahına komək edən
şəkil. Ədəbi əsərlərdə, xüsusən uşaq ədəbiyyatında, dərsliklərdə illüstrasiyadan geniş
istifadə olunur. Bu, mətnin asan anlaşılmasına kömək edir.
- Klassik - xalq içində şöhrət tapmış böyük yazıçı. Klassik sənətkarların əsərləri öz
əhəmiyyətini və təravətini heç vaxt itirmir.
- Klassik ədəbiyyat - keçmişin və ya müasir dövrün ən dəyərli, nümunəvi ədəbiyyatı.
Ümumxalq məhəbbəti qazananvə milli mədəniyyət xəzinəsinə daxil olan ölməz əsərlər
müəllifi klassik yazıçı adını alır. Məsələn, Ə.Xaqani, N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli,
Ş.İ.Xətayi, M.P.Vaqif, C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid və başqa sənətkarlar
klassik ədəbiyyatın böyük simalarıdır.
- Kompozisiya - bədii əsərdə həyat hadisələrinin bir-biri ilə əlaqələndirilməsinə və
müəyyən bir sistemdə qurulmasına deyilir. Əsərin ideya-məzmununun açılmasında
onun quruluşu, tərkib hissələrinin düzülüşü, surətlərin əlaqə və münasibətlərinin təşkili,
hadisələrin təsviri mühüm rol oynayır. Yazıçı əsərdə surətləri, hadisələri hansı
ardıcıllıqla, necə təqdim edəcəyinə, süjetin inkişaf tərzinə xüsusi diqqət yetirir.
Sənətkarın
kompozisiyanın qurulmasında istifadə etdiyi vasitələr rəngarəngdir. Epiqraf, proloq,
epiloq, lirik haşiyə, peyzaj kompozisiyanın ünsürləridir.
- Konflikt - bədii əsərdə süjetin inkişafının, iştirak edənlərin mübarizəsinin əsasını təşkil
edən münaqişə, toqquşmadır. Bədii əsərin qəhrəmanlarının xarakteri konflikt vasitəsilə
açılır.
- Kinayə - bədii ifadə vasitələrindən biri olub, fikrin ifadə tərzinin onun daxili mənasına
qarşı qoyulmasına deyilir. Kinayə əvəzinə istehza mənasını verən ironiya termini də
işlənir. Kinayə ərəbcə tənə etmək, toxunmaq deməkdir. Kinayədə obrazın mənfi cəhəti
müsbət mənalı sözlərlə pərdələnərək tənqid olunur. Məsələn, qorxaq adama igid, tənbəl
adama zəhmətkeş deyilməsi kinayə yaradır.
- Gəraylı - aşıq şeirinin geniş yayılmış janrlarındandır. Dördlük şəklində olan gəraylının
hər bəndi 4 misradan, hər misrası 8 hecadan ibarət olur. Bəndlərin qafiyə quruluşu
abvb; cccb; qqqb şəklindədir. Son bənddə şair təxəllüsünü söyləyir.
- Qəsidə - lirik növün janrıdır. Daha çox ictimai mövzularda, təntənəli, təmtəraqlı üslubda
yazılır, ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur. Qafiyə quruluşu qəzəldəki
kimidir: aa, ba, ca, ça, da və s.
- Qəzəl- lirik növün janrıdır. Daha çox məhəbbət mövzusunda yazılan qəzəl 5-10 beytdən ibarət
olur. Mətlə beyt həmqafiyə olur: aa. Digər beytlərin birinci misrası sərbəst,
ikinci misrası birinci beytlə həmqafiyə olur: ba, ca, ça, da və s.
- Qol- dastanın bitkin bir hissəsidir.
- Qoşma- lirik növün dördlük şəklində olan jarındır. Aşıq şeirində geniş yayılıb. Hər
bəndi dörd misradan, hər misrası 11 hecadan ibarət olur. Bəndlərin qafiyə quruluşu
abvb; cccb; qqqb şəklindədir. Son bənddə sənətkar öz təxəllüsünü söyləyir. Qoşmada
bəndlərin sayı, əsasən, tək (3, 5, 7) olur.
- Lirika- yunan sözüdür. Musiqi alətinin - liranın sədaları altında oxunan şeirlərə,
nəğmələrə lirika deyilib. Lirika ədəbi növlərdən biridir. Belə əsərlərdə insanın hiss, duyğu
və
düşüncələri yüksək emosionallıqla əks etdirilir. Lirikanın məhəbbət, ictimai, siyasi,
fəlsəfi,
peyzaj kimi növləri var.
- Lirik qəhrəman - lirik əsərlərdə tərənnüm olunan hiss, duyğu və həyəcanların əsas
ifadəçisidir. Lirik qəhrəmanla şairin şəxsiyyəti arasında möhkəm əlaqə vardır, lakin
onları eyniləşdirmək olmaz. Lirik qəhrəmanın yaşantıları çox vaxt başqalarının yaşantıları
ilə
üst-üstə düşür.
- Litota - yunanca kiçiltmə deməkdir. Təsvir olunan predmet və ya hadisənin ölçüsünün,
qüvvəsinin, əhəmiyyətinin bilərəkdən kiçildilməsidir.