|
Zər - qızıl
Zərb - şiddət, güclülük, təzyiq
Zərbi-dəst- qol gücü, qüvvət
Zəmişan - qızıl suyu ilə vurulmuş naxışı olan parça
Zərgər - Qarabağda kənd adı
Zinət- bəzək, yaraşıq
Zinhar - məbadə, amandır, saqın, ehtiyatlı ol
Ziyadə - çox, artıq, çoxlu
Zülf- saç
|
• • • QISA ƏDƏBİYYATŞÜNASLIQ TERMİNLƏRİ LÜĞƏTİ • • •
- Bədii sual - əsərin emosional təsirini artırmaq üçün fikrin sual tərzində ifadə
olunmasına
deyilir. Adi, qrammatik sualdan fərqli olaraq, bədii sualda cavab almaq məqsədi
güdülmür. Məsələn: Məhmət Akif Ərsoy “İstiqlal marşı” əsərində bədii sualdan istifadə
etmişdir: Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
- Bədii təsvir vasitəsi - əsərdə bədii dilin mühüm tərkib hissəsidir. Sözün məcazi
mənası
əsasında yarandığına görə məcazlar da adlanır. Epitet, təşbeh, metafor əsas bədii
təsvir
vasitələrindəndir.
- Bədii ifadə vasitəsi - bədii dilin mühüm tərkib hissəsidir. Bədii ifadə vasitələri
daha çox
cümlə şəklində olmasına və bitmiş fikir ifadə etməsinə görə bədii təsvir vasitələrindən
fərqlənir. Təkrir, bədii sual, kinayə, bədii təzad bədii ifadə vasitələridir.
- Bənzətmə - bədii əsərdə bir əşyanın, hadisənin özündən daha qüvvətli əşyaya, hadisəyə
oxşadılmasına deyilir. Bənzətmə əvəzinə ərəb sözü olan təşbeh termini də
işlədilir.
Bənzətmədə çox zaman kimi, tək və s. bənzətmə qoşmalarından istifadə olunur.
Məsələn:
Şaxtalı havada küçəyə çıxan uşağın əlləri buz kimi soyuq idi. Burada bənzətmə dörd
tərkib hissədən ibarətdir: Uşağın əlləri - bənzəyən, buz - bənzədilən, kimi - bənzətmə
qoşması, soyuq - bənzətmə əlaməti. Təşbeh bənzətmə qoşması olmadan - bənzəyən və
bənzədilən vasitəsilə də yaradıla bilər: Əlləri buzdur.
- Boy - dastanın bir qolu, bitkin hissəsidir.
- Beyt - şeirin iki misradan ibarət olan nisbətən bitkin hissəsinə deyilir.
- Bədii təzad - bədii əsərdə məzmunca bir-birinə zidd iki anlayış və ya vəziyyətin
qarşılaşdırılmasına deyilir. Məsələn, M.Ə.Sabir “Əkinçi” şeirində kəndlini istismar edən
mülkədarın iç üzünü açmaq üçün bədii təzaddan istifadə etmişdir: Söz açma mənə çox
çalışıb az yeməyindən.
- Bənd - şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir.
- Dastan - şifahi xalq ədəbiyyatının epik növünün irihəcmli janrıdır. Nağıldan fərqli
olaraq, dastanda nəsrlə nəzm növbələşir, hadisələr nəsr dili ilə nəql edilir, qəhrəmanların
hiss və həyəcanlan şeir parçaları vasitəsilə verilir. Şifahi xalq ədəbiyyatımızda qəhrəmanlıq
və
məhəbbət dastanları geniş yayılıb. Azərbaycan dastanları ozan-aşıq sənətinin
məhsuludur.