Qaranlıq gözlərimin işığı oğul!
Dan söküləndə yerimdən səninçün durmuşam.
Qonur atı çaparaq səninçün yormuşam.
... Oğul, burdan qayıdaraq evə getsəm,
Ağca üzlü anan gəlib “oğul” desə,
Deyimmi ki, ağ əlləri arxasında bağlıdır?
Deyimmi ki, qıl örkən də ağ boynuna taxılıdır?
Deyimmi ki, necə səni yüyürdürlər ayaqla?
Onda mənim bəs namusum hara getsin, de,
bala?...
Qazan yenə dedi:
Qarşındakı uca dağlar
Qurusa, otu bitməz, el yaylamaz!
Axıntılı gözəl sular
Qurusa, aşıb-daşmaz.
Atan qoca, anan qarı,
Səndən yaxşı Allah bizə oğul verməz.
Versə belə, sənin yerini tuta bilməz.
Qara bulud olub göy asimanda,
Kafirin üstündə qoy gurlayım mən.
Ağ ildırım olum qoy çaxım mən.
Kafiri qamış kimi od olub yandırım,
Bir nəfərin yerinə doqquzunu saydırım.
Vuruş, döyüş səsiylə qoy aləmi doldurum.
Yaradan Allah köməyim olsun!
Qonur atından yerə endi, axıb gedən təmiz suda yuyundu. Ağ alnını yerə qoydu. Namaz qıldı, ağladı. Qadir Tanrıdan hacət istədi. Məhəmmədə salavat çəkdi. Dəvə kimi kükrədi. Aslan kimi nərə çəkib hayqırdı. Kafirlərə yalnız hücum etdi, at sürüb
Boyu uzun Burla xatun oğlunu andıqca qərarı qalmadı. Qırx incə belli qız-oğlanla Qara ayğırını mindi. Böyük qılıncına qurşandı. “Başımın tacı Qazan gəlmədi”, - deyə izinə düşüb getdi. Gəlib-gəlib Qazana yaxınlaşdı. Qazan öz arvadını tanıya bilmədi. Dedi:
Qara ayğırın cilovunu mənə ver, igid!
Ayaq saxla, üzümə bax bir, igid!
Altındakı qara ayğırı mənə ver, igid!