R
|
Raz - sirr
Rəisani-sahibül-ezaz - hörmət sahibi olan başçılar Rəiyyət- bir dövlətin tabeliyində olanlar, təbəə Rəsm - adət, surət, şəkil Rişt- 1) tel, sap; 2) əlaqə, vasitə, rabitə Riştə-riştə - bir-bir Riza -razılıq Rövşən - aydın, işıqlı Rövzə - cənnət, behişt Röya - yuxu Rumka - qədəh; şərab, su içmək üçün qab, piyalə, kasa Rüsxət-izin, icazə |
S
|
Saçma - boş, mənasız danışmaq
Sahibnəzər - düşüncəli, mərifətli Sail - dilənçi Saqın - çəkin Saqi - məclislərdə şərab paylayan Saqınmaq - qorunmaq, ehtiyat eləmək Sancaq - bayraq Sar - yırtıcı quş Sajın -metr sisteminin tətbiqindən əvvəl işlənmiş 2,134 metrə bərabər uzunluq ölçüsü Sarıyal - Qərbi Azərbaycanda yer adı, dağ beli Savuş - get, aradan çıx Sayə - kölgə Sayrı - xəstə Səbatlı - sözünün üstündə duran, iqrarında möhkəm olan; dəyanətli, mətanətli, əzmli Sədəf tərkibi təndir -tərkibində mirvari olan sədəf kimidir. Səd-həzaran - yüz minlərlə Səhhət ola ona hadis - sağlam ola, sağala. Səhih - doğru, düzgün Səmərsiz -faydasız, xeyirsiz Səmt-tərəf Səna - dua, tərif Səngər - güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur, xəndək Sərbənd - yaylıq, baş örtüyü, çarqat Sərdar - keçmişdə bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik hakim Sərəfrazi - başıucalıq, dikbaşlıq Sərəfraz olmaq - başıuca olmaq, yüksəlmək, şərəflənmək Sərpa - başdan-ayağa, tamamilə Sər ta qədəm - başdan ayağa qədər Sərü saman - qayda, intizam; burada: işin qaydası, səliqə-sahmanı Sərvər - başçı Sərzəniş - qaxınc, danlaq, tənə, məzəmmət; başaqaxma |