Qövsi-qüzeh - göy qurşağı
Qubernator - çar hakimiyyəti dövründə quberniya (vilayət) rəisi, vali Qurşun - güllə Qurumsaq - namussuz, qeyrətsiz Qüttəüttəriq - yolkəsən |
|
L
|
Ləbxamuşan - dinməzlər, susmuşlar
Ləhzə - an, dəqiqə Lölöi-şəhvar - əla inci, şahanə inci |
M
|
Maçin - Hind-Çin
Mar -ilan Mehman - qonaq Mehr - sevgi, nəvaziş, mehribanlıq Mey -içki Mey sunar ariflərə - ariflərə mey verər (gözəlliyi dərk edənləri bihuş edər). Mədəd - kömək, yardım, imdad, aman Məfkurə - burada: məqsəd Məğşuş - dağıdılmış, qarışdırılmış, alt-üst edilmiş Məhbut- heyrət içərisində, mat qalmış Məhcub - 1) örtülü; 2) utancaq Məhzun - qəmli, kədərli Məkr - hiylə, biclik, kələk Məlal - kədər, qəm Məlhəm - dəva, dərman Mərəkə - səs-küy, qışqırıq-bağırıq, qalmaqal Mərifət-tərbiyə, qanacaq Məslək - əqidə, yol Məsud - xoşbəxt, bəxtiyar, səadətli Məva - məskən, yer Miqdar - qədir-qiymət, hörmət Miləl - millətlər Mina -1) büllur şüşə; 2) qızıl və gümüş əşyaların üstünə çəkilən xüsusi rəng Min gəz - min dəfə Minbər - məscidlərdə vaizin, xətibin xütbə oxuduğu çoxpilləli kürsü Mirzə - keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam; katib Misli-heyvan - heyvan kimi Malades -təhrif olunmuş rus sözüdür; burada: afərin, əhsən Möhnət- həsrət, qəm, kədər Murov - keçmişdə kənd yerlərində polis Mübəyyizlik - yazı köçürmək, katiblik Müdam - daim, həmişə Mühlik - öldürücü, həlakedici Müjdə - muştuluq Müxənnət- namərd Mültəci - pənah gətirən, sığınan Mürəxxəs olmaq - çıxıb getmək, azad olmaq |