Kazak - çar hakimiyyəti dövründə inqilabi hərəkatı boğmaq, fəhlə tətillərini
yatırmaq üçün istifadə edilən süvari qoşunların əsgəri Kəcavə - keçmişdə səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer Kəsalətli - ölgün, süst, kədərli, soyuq Kəsb - əldə etmək, qazanmaq Kəsbi-elm - bilik qazanmaq Kəsəbə - kasıb, zəhmətkeş Kəndi - özü Köhlən - harın, yaxşı bəslənmiş at Kövsər - dini inanca görə, cənnətdə olan bulağın adı Köy - kənd Kuzə - darboğazlı, qulplu, saxsı su qabı, bardaq, balaca səhəng Küstahlıq - cəsarət, ədəbsizlik |
|
Q
|
Qaçan - nə vaxt, haçan
Qafil - xəbərsiz, sayıq olmayan Qala - burada: Şuşa qalası nəzərdə tutulur. Qanrılmaq - çevrilmək, dönmək, üzünü çevirmək Qasid - xəbər və ya məktub aparıb-gətirən adam; elçi, çapar Qaim - 1) ayaq üstə duran, dayanan; 2) mövcud olan; 3) dik duran, şaquli duran; 4) namaz qılan, namaz üstündə olan; 5) möhkəm, mətanətli; 6) davamlı, bərk Qavğa (qovğa) - səs-küy, həyəcan, döyüş Qazaq -təhrif olunmuş rus sözüdür; süvari, qoşun hissəsinin əsgəri Qeyb - göz önündə olmayan, gizli Qeyz - acıq, hirs, qəzəb, hiddət Qəba - paltar Qəbayi-xizrpuşan - yaşıl paltar Qədərlər - qədir-qiymət verənlər Qəhr -1) acıq; 2) ümidin puça çıxması; 3) məcburi iş gördürmə Qəhrinə - ümidin puça çıxmasına, burada: ayrılığına Qələbəyi - qala (şəhər) hakimi, şəhər böyüyü, şəhərin baş hakimi Qəribü zar - vətənindən uzaqda ağlayan, nalə edən Qəsabə - köhnə zamanlarda qadın paltarının yuxarısından aşağıya doğru uzanan bəzəkli yaxalıq Qəvvasi-bəhri-mərifət -mərifət və bilik dənizinin üzgüçüsü Qırlaquş - qaranquş Qırxqız, Alaqaya, Çilgöz, Narışlar, Murov, Uzunyoxuş, Dəlidağ, Qoşqar - Azərbaycanın təbiətində gözəlliyi ilə seçilən dağlarının, yaylaq yerlərinin adları Qilü-qal - mübahisə, dedi-qodu, söz, danışıq Qlava - çar hakimiyyəti dövründə şəhər idarəsi rəisi, bələdiyyə idarəsi başçısı Qopuz - qədim Azərbaycanda saza oxşar musiqi aləti Qorodovoy -Rusiyada çar hakimiyyəti dövründə aşağı rütbəli polis Qovzamaq - qaldırmaq Qövmi-avam - avam camaat |