Xəlt- günah
Xəmr - şərab Xəndan - burada: açılmış Xətib - xütbə oxuyan Xətibi-laləzar - çəmənlikdə xütbə oxuyan, çəmən natiqi Xındırıstan - Qarabağda kənd adı Xilaf- əks, zidd, yalan Xof- qorxu Xoşhallıqla - şad halda, məmnunluqla Xotkar - hökmdar, başçı Xub - yaxşı Xuda - Allah Xudbin - ancaq özünü düşünən, öz mənafeyini hər şeydən yüksək tutan adam; eqoist Xuni-şəhidan - şəhidlər qanı Xütbə - minbərdən camaata söylənən nəsihətamiz sözlər, nitq |
|
İ
|
İdyot (rusca) - gəlir (gəlmək)
İfçin -tam surətdə, bütün, hamısını İftiraq - ayrılıq, hicran İxtilat- danışıq, söhbət, məclis İltica eləmək - pənah gətirmək İqbal - bəxt, tale İnayət qıl - kömək et İntibah - oyanış, oyanma, canlanma, dirçəlmə deməkdir. XI-XII əsrlər Azərbaycan ədəbiyyatının çiçəklənməsi, intibah dövrü sayılır. İrişdi vədəsi badi-baharın - bahar küləklərinin vaxtı çatdı. İrsal - göndərmə, yola salma İslahat qoymamaq - burada: pis vəziyyətə, yararsız hala salmaq, hal qoymamaq İstiqaməti-məcaz - dönməz yol İtmami-höccət- mübahisəni kəsmə, qurtarma İttifaq -1) birlik; 2) qəziyyə, əhvalat, hadisə İzdrasti -təhrif olunmuş rus sözüdür: “salam” deməkdir İzhar qılmaq - bildirmək, aşkar etmək İzzət- hörmət |
J
|
Jalə - şəbnəm, şeh
Jandarm - çar Rusiyasında siyasi, inqilabi hərəkata qarşı mübarizə aparan xüsusi polis məmuru |
K
|
Kafur - Hindistanda emal olunan gözəl qoxulu, ağ rəngli maddə; burada ağ,
dümağ mənasında işlənib. Kama irdirməsin - kamına, arzuna çatdırmasın. Kan -1) mədən quyusu; 2) bir şeyin bol olduğu yer, mənbə Katda - keçmişdə Azərbaycan kəndlərində kəndin inzibati işlərini idarə edən şəxs |