H
|
Hadis olmaq - baş vermək
Halət- hal, vəziyyət Harami - quldur, yolkəsən Heybət- qorxu və eyni zamanda hörmət hissi oyandıran hal, görkəm Hezar - min Hezəran - minlərlə Həccac - VII əsrin sonu, VIII əsrin əvvəllərində İraqın qəddar və zülmkar hakimi Həbibüllah - Allahın dostu Hədis -1) yeni, təzə; 2) peyğəmbərin, imamların kəlamı Həqarət- hörmətsizlik, təhqir; alçaldıcı, heysiyyətə, mənliyə toxunan hərəkət, söz Həqir - qədir-qiyməti, hörməti, etibarı olmayan; burada: kasıb, yoxsul, miskin, zəlil Həmşirə - bacı Həmşəri - “həmyerli” sözünün danışıq forması. Cənubi Azərbaycandan gəlmiş soydaşlarımız bir-birini belə adlandırırdılar. Həpsi - hamısı Hərrac-bazar - qədimdə qul satılan bazar Hərdəm - həmişə, müntəzəm, daima Həşmət- cah-cəlal, dəbdəbə, əzəmət Həzyan - sayıqlama, sərsəmləmə Hilal - Türkiyə bayrağındakı aypara nəzərdə tutulur. Hikmət-fəlsəfə, bilik, elm Himməti-türkan -türklərin səyi Hoqqabazi-naqabil - qabiliyyətsiz hoqqabazlar Humanizm -insan ləyaqətinə hörmət; insanpərvərlik, insansevərlik Hur - huri, gözəl qız Huş-guşla - bütün diqqətini toplayaraq, fikrini cəmləşdirərək Hürr - azad Hürufilik - dünya və insan haqqında dini baxışları yeni şəkildə izah edən fikir cərəyanı, fəlsəfi təlim kimi orta əsrlərdə geniş yayılmışdır. Bu təlimə görə, ərəb əlifbasının hərfləri Allahın, dörd ünsürün (od, su, torpaq, hava) insanın və mövcud olan hər şeyin eynidir. Bunların hamısı, hürufiliyə görə, bir vəhdət halında birləşir. Hüsn - gözəllik, camal |
X
|
Xab - yuxu
Xabi-əcəl - ölüm yuxusu Xandəmirov - çarizm zamanı Şuşa qalasının komendantı. Daz olduğu üçün şair onu “keçəl qurumsaq” kimi təqdim etmişdir. Xankirt baxarı - Xankirt: Qərbi Azərbaycanda dağ adı; baxar: görünən yer, mənzərə Xar (olmaq) - alçalmaq, hörmətdən düşmək, üzüqara olmaq Xatəm -1) üzük; 2) axırıncı, ən sonuncu Xazini-gəncineyi-əsrar - sirlər xəzinəsinin qoruyucusu, xəzinədarı Xəlbir - buğdanın, arpanın və s.-nin zibillərini təmizləmək üçün sağanağa keçirilmiş iri tordan ibarət alət |