Ənduhi - qəm, kədər
Əncam - çarə Ənis - həmdəm, yoldaş Ənlik-kirşan - qadınların üzünə sürtdüyü kosmetik maddə Ər -igid Ərbab - burada: varlı, dövlətli Ərəfat- 1. Məkkədə ərəfə günü hacıların durduğu yer; 2. Məkkənin şərqində yerləşən dağın adı Ərməğan - hədiyyə, bəxşiş, pay, sovqat, töhfə Ərş - göy, asiman Ərz etmək - bildirmək, anlatmaq, məlum etmək, ifadə etmək Əşhəd ən la ilahə illəllah - Şahidlik edirəm ki, Allahdan başqa illah yoxdur! Əspir - quş adı Əşrəfi - qızıl pul Əta eylə - bağışla, ver Əyricə - Qərbi Azərbaycanda dağ adı |
|
F
|
Faxtə - çölgöyərçini
Fanatizm -fanatik adamın düşüncə və hərəkət tərzi; başqa etiqadlara düşmən münasibət bəsləyib öz inandığına hədsiz sədaqət göstərmə, təəssübkeşlik Fanatik - dindarlığı həddini aşaraq başqa dinlərə düşmən münasibət bəsləyən adam; qatı mövhumatçı Fənd-fel - hiylə, kələk, fınldaq, biclik Fərş - döşənəcək (xalça, palaz, cecim və s.) Fəşanə qılmaq - yaymaq, saçmaq Fəzlə - artıq, çox Fitnə - 1) qarışıqlıq, ara pozma, ara qarışdırma; 2) qurğu, tələ, hiylə Firəng - Fransa, Avropa; burada: bütün ölkələrin padşahı mənasında Firqeyi-islam -islam camaatı, müsəlmanlar Firqət - ayrılıq Fövrən - dərhal, həmin saat, əlüstü, tez Füsunkar - valehedici, məftunedici, heyranedici, əfsanəvi |
G
|
Gəda - keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad
Gəmirtləmək - dişləyib yemək, gəmirmək Gərçi- buna baxmayaraq, hərçənd Gərdən - boyun Girvənkə - 400 qrama bərabər köhnə ağırlıq ölçüsü Gövhəri-əsrar - sirli qiymətli daş-qaş, inci, cavahir Guşənişin - adamlardan qaçan, evdən bayıra çıxmayan adam Gülşən - güllük, çiçəklik Gülpirahən oldu - güllərdən köynək geydi Gürbə - pişik Güruhi-bəşər -insanlar Güruhi-izam - hörmətli adamlar Güruhi-xeyr əsər - xeyirli iş görən adamlar Güşvarə - sırğa; burada: saçın ucuna bənd edilmiş bəzək əşyası |