Dəftərxana - bir idarənin kargüzarlıqla məşğul olan şöbəsi
Dəhən - ağız Dəhr - burada: dünya Dəmsaz - yoldaş Dəni - alçaq, əclaf Dəndan - diş Dərağuş - ağuşuna almaq, bağrına basmaq, qucaqlamaq Dərdmənd - dərdi, kədəri olan, ürəyi dərdli Dərgah - saray, böyüklərin qapısı Dəst - əl Dəsti-əcəl - əcəl əli; ölümün yaxınlaşması Dideyi-giryan -ağlayan göz Dil - ürək, könül Dilbər - gözəl, sevgili Dilşad - qəlbi şad, fərəhli, qəlbən razı olan Divanə - dəli Dinşəməz - ayırmaz, fərq qoymaz Dördəmə - dördayaq, dördnal, birnəfəsə, çaparaq Drağar - Qarabağda kənd adı |
|
E
|
Edadoyyə məktəbi - gimnaziya
Ehya - canlandıırmaq, diriltmək Elmi-ürfan - mərifət elmi Eşik - bayır, dışan, çöl |
Ə
|
Əbri-neysan - burada: aprel yağışı
Əcaib - çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş Ədavət- ürəkdə saxlanılan düşmənçilik hissi, kin-küdurət, qərəz, birinə qarşı qəzəb hissi Ədl - haqq və düzgünlük, insaf, mürüvvət Əfğani-yetiman - yetimlərin fəryadı Əfsər - təhrif olunmuş rus sözü; burada: zabit Əhl - burada: sözün sahibi Əhli-şər - şəriəti bilən adamlar, din xadimləri Əhbab - dostlar Əhvalpürsan olmaq - xəbər tutmaq, vəziyyəti öyrənmək Əjdər-əjdaha Əqdəm - əvvəl Əqidə -insanın mühit, həyat, varlıq haqqındakı düşüncə və inamı; etiqad, inam, məslək Əlhal -indi, bu saat Əlkasibü-həbibüllah - Allah halal zəhməti ilə dolananın dostudur. Əmr - burada: iş Ənar - nar Ənbər - gözəl qoxulu maddə Ənbərin - gözəl ətirli Əndazə - ölçü, hədd Əndəlib - bülbül |