Bihudə - boş, faydasız, əbəs
Binəva - yazıq, fağır, bədbəxt, zavallı Billah - Allah haqqı Bişəkk - şəksiz, şübhəsiz Börk - papaq, baş geyimi Buğra - dəvə Bu heyndə - bu zaman, bu anda Bülbüli-şeyda - vurğun bülbül |
|
C
|
Cağ - çəpər
Cam - badə, qədəh Camal - gözəllik, üz gözəlliyi Cəbbəxana - silah, hərbi ləvazimat istehsal olunan və saxlanılan yer Cəhli-namərd - cahil, namərd adam Cəlal - əzəmət, ehtişam, dəbdəbə, təmtəraq Cəng - döyüş, dava Cığa - saçın üzə tökülən hissəsi Cism - bədən, vücud Cövlan etmək - dolanmaq, hərlənmək, fırlanmaq, dövr etmək, dövrə vurmaq Cövşən - dəmir geyim, zireh Çuğulçu - xəbərçi Cüda - ayrı |
Ç
|
Çabuq -tez
Çarşov - çadra: qadınların başdan-topuğa qədər bədənlərini örtmək üçün işlətdikləri bürüncək Çeşmə - yerin altından sızıb çıxan su mənbəyi: bulaq, qaynaq Çeşmi-əhvəl - əyri göz, həqiqəti görə bilməyən Çılğın - dəliqanlı, dəli Çıraqban - çıraqlarla işıqlandırılmış Çitəmə - “çitələmək” (deşiyi, yırtığı calayıb tikmək, yamamaq) sözündəndir, burada: sıx-sıx Çort vozmi (rusca) -lənətə gələsən; lənət sənə Çuval - böyük kisə Çü - elə ki |
D
|
Dabbaxda gönünü tanımaq - bir adamın keçmişinə və hər cür gizli işlərinə
yaxşı bələd olmaq, iç üzünü bilmək Dadü-fəryad - yardıma çağırma, dada yetişmə Dam qurmaq -tor qurmaq, tələ qurmaq Damən - ətək Danadil - bilikli, təcrübəli Danə-xuriş - yemək, içmək üçün ərzaq, toxum, tum Darğa - 1) şəhər, mahal və ya vilayət hakimi; 2) bazar keşikçilərinin başçısı Day - bir daha, bir də Day - biryaşar at balası, dayça Dehqan - kəndli, əkinçi |