A
|
Ab - su
Abgüşt- bozbaş, piti Abi-həyat - həyat suyu, dirilik suyu; əfsanəyə görə, zülmətdə olan bir çeşmənin suyudur, onu içmək kimə qismət olsa, əbədi ömür qazanar Afaq - üfüqlər Afət -1) gözəl; 2) bəla, fəlakət, müsibət. Ağac -təxminən 6-7 kilometrə yaxın uzunluq ölçüsü Axur - heyvanlara yem tökmək üçün taxtadan, daşdan düzəldilmiş yer Akoşka - rus dilindəki “okoşka” sözünün təhrif olunmuş şəkli: kiçik ölçülü pəncərə (nəfəslik) Alp - cəsur, igid Amadə - hazır Amal - qayə, məqsəd Arif- bilici, hər şeydən xəbərdar Arifbəsər - gözüaçıq, incəlikləri görən göz Arşın - metrik ölçü sistemi qəbul olunanadək işlədilən, 0,71 metrə bərabər uzunluq ölçüsü Asayiş - asudəlik, rahatlıq Asiman - göy, səma Aşinalıq - dostluq Atəşi-dəhhaşe-düvəl - burada: dövlətlərin dəhşətli hücumları Ayğır - erkək at |
B
|
Babət-təhər, hal, vəziyyət
Badəxar - şərab içən Badi-səba - səhər əsən xəfif, sərin yel; meh Bağrıqara - quş adı Barin (rusca) - ağa Baş Gözəldərə - Qərbi Azərbaycanda kənd adı Başı açıq -indiki Gürcüstan Respublikasının ərazisindədir Batman - əsasən, 20 girvənkə ağırlığında olan köhnə çəki ölçüsü Batil etmək - puça çıxarmaq, heç eləmək, batırmaq Bazburut- görkəm, boy-buxun Bazarnik (rusca) - bazarbaşı, keçmişdə bazara nəzarət edən şəxs Beççə - bala Beşanə - daraqla Bədöy - hann at, cins at Bəklə - gözlə Bəqədri-məqdur - mümkün olan qədər Bəndər - keçid, yol Bəstər - yataq Bəyaz - ağ Bidar - oyaq Biçarə - 1) yazıq, miskin, fağır, məzlum; 2) çarəsiz, əlacsız, aciz Bihiss - hissiz |