ŞAH İSMAYIL XƏTAYİ
Bahar oldu ki, aləm gülşən oldu...
Bahar oldu ki, aləm gülşən oldu,
Gözün aç, gör cahan nə rövşən oldu.
Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gül pirahən oldu.
Açıldı yazilər, bitdi çiçəklər,
Gül ilə şol bənəfşə susən oldu.
İnşdi vədəsi badi-baharın,
Behər su gül hezəran xərmən oldu.
Mana ol dust bolsa, dost ancaq,
Nə ğəm, gər cümlə aləm düşmən oldu.
Çox əgləndin gələndə, ey Xətayi,
Məgər sana bu yerlər məskən oldu?