III dərs
- Tətbiq
- Müzakirə
- Yaradıcı iş
-
“İstiqlal marşı’nı öyrəndiyiniz digər əsərlə -B.Vahabzadənin “Vətəndaş” şeiri ilə
müqayisə edin. Çıxardığınız nəticəni müqayisə cədvəlində, yaxud Venn diaqramında qeyd
edin.
- Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin mövzu,
məzmun, ideya və musiqi baxımından oxşar cəhətlərini aydınlaşdırın. Cədvəldən
istifadə edin.
№ |
Hansı cəhətlərinə
görə müqayisə
olunurlar? |
Azərbaycan
Respublikasının
Dövlət himni |
Türkiyə Cümhuriyyətinin
Dövlət himni- “İstiqlal
marşı”
|
1 |
Mövzu |
|
|
2 |
Məzmun |
|
|
3 |
İdeya |
|
|
4 |
Musiqi |
|
|
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mən bu gün bildirmək
istəyirəm ki, 1918-1920-ci illərdə Azəıbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin
bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz
qəbul etdiyimiz, qanunla istifadə etdiyimiz Dövlət himnidirvə bir də Azərbaycanın Dövlət
bayrağıdır".
Ulu Öndərin Dövlət himni və bayrağımıza verdiyi yüksək qiymət, sizcə, nə ilə
əlaqədardır?
- Ulu Öndər Heydər Əliyev “Bir millət, iki dövlət” sözlərini hansı münasibətlə demişdir? Bu
fikri necə başa düşürsünüz?
- Himn haqqında doğru fikirləri müəyyənləşdirin. Onlara münasibət bildirin.
- Hər bir vətəndaş Dövlət himnini bilməli, ona hörmətlə yanaşmalıdır.
- Ölkəmizin Dövlət himni milli vətənpərvərlik hislərinin dolğunluğu, mübariz ruhu
ilə seçilir.
- Himnin sözləri də, musiqisi də gözəl olmalıdır.
- Himnimiz bizi Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi
uğrunda mübarizəyə səsləyir.
- Himn səslənərkən onun oxusuna qoşulmamaq, dinləmək daha məqsədəuyğundur.
-
Aşağıdakı mövzulardan birini seçib inşa yazın.
- Qarabağ Azərbaycandır!
- Tarixi zəfərimiz qürur mənbəyimizdir.
-
Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki
mənbələrdən məlumat toplayıb, öyrənin. Qənaətlərinizi sinif yoldaşlarınız,
müəllimləriniz və valideynlərinizlə bölüşün.