(1873-1936)
Məhmət Akif XX əsrin ən böyük türk şairidir. Mən bir zamanlar Azərbaycan milli marşını yazmaq fikrinə düşdüm. Bunun üçün dünyanın nə qədər milli marşı varsa, hamısını diqqətlə oxudum, təhlil etdim. Nəhayət, qərara gəldim ki, Məhmət Akifin yazdığı milli marşa bərabər milli marş yoxdur. Hələ onun “Çanaqqala şəhidləri” şeirini demirəm. Dünyaya şəhidi ondan gözəl təsvir edən ikinci bir şair gəlməmişdir.
Bəxtiyar Vahabzadə
Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.
Çatma, qurbanın olum, çöhrəm, ey nazlı hilal!
Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, nə cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal...
Haqqıdır, Haqqa tapan millətimin istiqlal!