IV dərs
- Tətbiq
- Müzakirə
- Yaradıcı iş
- H.Cavid yaradıcılığının tədqiqatçısı Məmməd Cəfər yazır: “Ana” dramında müəllif nə
qədər gözəl insani sifətlər varsa, yoxsullarda, sadə adamlarda tapır; nə qədər mənfi
əxlaqi keyfiyyətlər varsa, bunların çoxunu hakimlik, ağalıq, bəylik, xanlıq
ehtiraslarında
görürdü”.
Siz bu barədə nə düşünürsünüz? Fikrinizi nümunələrlə
əsaslandırın.
- Əsərdə ictimai həyatda, insan münasibətlərindəki hansı mənfiliklər tənqid olunur?
Yazıçının bu barədə düşünməsinə səbəb, sizcə, nədir?
- Əsərin bədii gözəlliyinin, fikrin təsir gücünün artmasında məcazların rolunu bir neçə
nümunə əsasında aydınlaşdırın.
№
|
Dramda işlənmiş bədii təsvir və
ifadə vasitələri
|
Əsərin təsir gücünün artmasında
onların rolu
|
|
|
|
-
Dramda süjet xəttinin mərhələlərini müəyyənləşdirib, cədvəldə qeyd edin.
Dramda süjet xəttinin mərhələləri
|
Ekspozisiya
(bədii müqəddimə) |
Zavyazka
(düyün) |
Kulminasiya
(zirvə)
|
Razvyazka
(düyünün açılması) |
Final
(son) |
|
|
|
|
|
- Aşağıdakı suallar üzrə debat təşkil edin:
- Qatili ölümdən xilas etməkdə ana haqlıdırmı?
- Səlma ana qatili ələ versə idi, ona haqq qazandırmaq olardımı?
Əsərdən və həyatdan gətirdiyiniz nümunələrə əsaslanmaqla üçüncü qrupu - münsifləri
mövqeyinizin doğru olduğuna inandırmağa çalışın.
-
Dramatik növün epik növlə oxşar və fərqli cəhətlərini müəyyənləşdirib Venn diaqramında
qeyd edin.