II dərs
- Evdə oxuduğunuz hissəni bir daha nəzərdən keçirin, sonra mətnlə bağlı suallara parta
yoldaşınızla birlikdə cavab hazırlayın.
- Kiçik qruplarda fikir mübadiləsi apannvə cavablan təqdimatlar əsasında müzakirə edin.
Bilik və bacarıqlarınızı tətbiq edin.
- Dairələri dəftərinizə çəkin. Hadisələrin
başlanğıcını, münaqişənin (ziddiyyətin) yaranmasını, inkişafını, ən gərgin, yüksək
mərhələyə çatmasını, həll olunmasını (açılmasını) və sonluğu bir-iki cümlə ilə yazın.
- Əsərin ikinci hissəsində işlənmiş bədii təsvirvə ifadə vasitələrini müəyyənləşdirin,
dəftərinizdə, yaxud iş vərəqində çəkdiyiniz cədvəldə yazın.
Bədii təsvir və ifadə vasitəsi
|
İşləndiyi cümlə
|
|
|
-
Əsərlə bağlı təəssüratınızı ikihissəli gündəlikdə yazın.
III dərs
Əsərin təhlilinə hazırlaşın.
- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Bilirsiniz ki, həyatı əksetdirmə üsuluna görə bədii əsərlər üç növə ayrılır. Onlardan
biri dramatik növdür. Bu növə məxsus əsərlərdə həyat hadisələri obrazların danışığı -
nitqi, hərəkətləri ilə əks olunur. Bu növün janrlarından olan dramda əks mövqedə duran
qüvvələrin münaqişəsinə, mübarizəsinə geniş yer verilir. Belə əsərlərdə həm komik, həm
də faciəvi məqamlar əksini tapa bilir.
Dram həm nəsr, həm də nəzm (şeir) şəklində olur. "Ana" nəzmlə yazıldığı üçün mənzum
dram adlanır.
“Ana” dramında ağır faciə ilə üzləşən ananın yüksək insani hissləri, mərhəməti, pislik
və şərdən ucada dayanması təsirli bədii boyalarla əks etdirilmişdir.
Əsərin təhlili zamanı aşağıdakı sitatlardan istifadə edin, onlara münasibətinizi bildirin.
- “Birpərdəli “Ana” pyesi H.Cavidin ilk mənzum dramıdır... Pyesin qəhrəmanı Səlma
qonaqpərvər, mərd və məğrur qadındır... Müəllif, hər şeydən əvvəl, mürəkkəb, dolğun,
yaddaqalan xarakter, tipik müsbət ana surəti yaratmışdır... Sözündə sadiq, fikrində,
əqidəsində qaim olan ana, oğlunu öldürənə mərhəmət edir, intiqam hissindən daşınıb onun
günahından keçir. Ana - Səlma bu daxili mənəvi böhrandan milli adət və
ənənəyə əsaslanan böyük insani hislə çıxır’.
(Mir Cəlal, F.Hüseynov)