Səlma (hiddətli) |
|
Murad!.. | |
Murad |
Doğrayın bəni riştə-riştə! Əvət, doğrayın, məhv olmalı zalım! Ah, bir alçağa mərhəmət nə lazım? Qanlı bir canavar sağ bıraqılmaz; Bən bir xainim, öldürün! |
Səlma | Hiç olmaz! |
Murad |
Yaşatma, öldür, ana! Bəncə, hala, Billah, gəbərmək yaşamaqdan evla. |
Səlma |
Xayır, sən bana eylərkən iltica, Söz vermişim, dönməm sözümdən əsla! (bu sırada bir-iki ıslıq və tapança səsi eşidilir.) |
Murad (diksinərək) |
|
Aman, ya Rəbb! | |
Səlma (qolundan tutub çəkərək) |
|
Gəl! Hiç təlaş etmə, gəl! Qaçmaq gərək... Qorqanm arta əngəl... |
|
Murad (kəndisi) |
|
Hər tərəf qorquluq, qaçmaq səmərsiz. (aşkar) Ah, bən nə bir yol bilirim, nə bir iz. |
|
Səlma |
Düz, qorqusuz bir dərədir, əmin ol! Burdan çıqar bir köyə, həm çoq sürməz, Sağ qurtulub gedərsin, kimsə görməz. |
İsmət (başını qaldırıb həzin və atəşli bir ahənglə) |
|
Ya Rəbb, nə bəxtiyar imiş ölənlər!.. | |
Murad (Səlmaya) |
|
Ah, nə qadar alicənabsın... | |
Səlma (Murada) Yetər! |
|
Yetər get, durma get! Haydı, çəkil get! Artıq savuş! Durmaq vaqtı deyil, get! |
Murad Səlmadakı böyüklüyə qarşı sıqılaraq şaşqın bir halda yürür. Bir-iki addım getdikdən sonra dönüb baqır və dərin bir ah çəkərək büsbütün uzaqlaşır.
Səlma (Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə) |
|
Get, namərd qonaq, get! Alçaq mültəci! Get, miskin hərif, get! Cəllad, yırtıcı! Get, vicdansız! Kəndini qurtar, yaşa! |