Səlma |
Amma Bir ricam var, sənin adın nə? |
Murad | Sorma! |
Səlma | Bilmək istərim, söylə! |
Murad (mütərəddid bir tövrlə) |
|
Çərkəs Murad... | |
Səlma (sinirli və çılğın bir halda) |
|
Ya Rəbb, mərhəmət! Ah, oğul! Qanpolad! | |
Murad (başını aşağı dikərək kəndi-kəndinə hiddətlə) |
|
Öldürdüyün Qanpolad, Səlma pənah... Murad! Sən nə vicdansız oldun, eyvah! |
|
Səlma |
Aman, nə müşkül mevqedə qaldım, ah, Ah, nə talesiz ana oldum, Allah! (İsmət bu sırada saçlarını aralayaraq, başını qaldırıb baqınır.) |
Səlma (yumşaq səslə) |
|
Murad! Sən həm qəribsin, həm mültəci. Burdan sağ qurtulub gedərsin şimdi. Fəqət bilməlisin, şu qanlı arslan, Şu qıydığın cavan oğlumdur... |
|
İsmət (çığıraraq) |
|
Aman! Ah, nerdəsin Səlim! Gəl, iştə fürsət! Qanlımız burda... |
|
Murad | Ah! |
Səlma (İsmətə) |
|
Sus, qızım, İsmət! Sus! Qərib bir qonaq verilməz ələ... |
|
İsmət (Səlmadakı xəncəri almağa çalışaraq) |
|
Xayır, böylə vicdansız gərək ölə! | |
Səlma (İsməti əli ilə rədd edərək) |
|
Amandadır, yavrum, bildinmi? | |
İsmət (həyəcanlı bir halda Murada) |
|
Ah, qanın yerdə qaldımı, Qanpolad!? |
|
Murad (Səlmanın əlindən xəncəri qaparaq İsmətə) |
|
Xayır, bu qan yerdə qalmaz, baq iştə! (yürəyinə saplamaq istədiyi halda Səlma şiddətlə qoluna vurur, xəncər yerə düşər, dərhal kəndisi alır.) |