Xayır, gecikdirməsi pək səmərsiz; Burdan şu qanlı dəf olsun gərək tez, Yoqsa xain parçalanır əllərdə... |
|
(yollara baqmaq için çəkilərək) Bir baqayım kim var? Səlimgil nerdə? (Büsbütün uzaqlaşıb gedər, sonra Murad əlində tapança evdən dışarı çıqar. Həmən gözü Qanpoladın cənazəsinə ilişərək titrər)
|
|
Murad |
(şaşqın və qorqulu bir halda) Ah, bən nə yapdım? Nə günah işlədim! Durduğum yerdə bən nə xəlt eylədim? Qanpolad!.. İştə, qıydığım nevcəvan Tükənməz bir uyğuya dalmış... aman! Aman, ya Rəbb, nədir bu qorqunc əhval? (İsmətin halına diqqət edərək) Ah, bu qız niçin böylə pəjmürdəhal? Bu, İsmətmi? Solğun bir gülə dönmüş, Orxanı yandıran atəşmi sönmüş? Odur, o... qızcığaz nasıl da bayğın! Ah, bənim bais... əllərim qırılsın! Xayır, bundan sonra durulmaz burda, Tez savuşmaq gərək başqa bir yurda. Yoqsa buğum-buğum doğrarlar bəni; Qurtaracaq yoq bir havadar bəni. (Əlindəki tapançaya baqaraq) Boş bir silah!.. Pək tuhaf, şimdi bundan Həm daşıyan qorquda, həm də düşman. (qaçmağa hazırlanırkən Səlma qarşısına çıqar) |
Murad (təlaşlı və şaşqın) |
|
Ah! | |
Səlma |
Qonaq qardaş, dur! Təlaş etmə sən, Qorqma, bir zərər gəlməz sana bəndən. Amandasın; hiç qorqma, hiç sıqılma! Çünki bən əvvəldən söz verdim sana. Sən bir qonaqsın, qatil olsan belə, Səlma həlak olur da, verməz ələ. |
Murad (tapançayı yerinə qoyaraq) |
|
Aman! Ah, nə böyük qadınsın! |