Lakin Allah nəhy etmiş bunu... lənət, Lənət bu iqbala, bu ömrə lənət!.. |
|
İsmət (cənazəyi qucaqlayaraq) |
|
Ah, Qanpolad! Könlümdə qaldı həsrət... (Şiddətli hıçqırıqlar içində boğularaq bihiss qalır) |
|
Səlma (qapıya yaqınlaşaraq şaşqın və sinirli bir halda) |
|
Açıl, yarıl, parçalan, ey alçaq yer! Yarıl! Bu talesizi çək qərinə! Bəndə artıq təhəmmül yoq qəhrinə! Yalnız bir pənahım, bir oğlum varkən, Qanlı topraq! Ayırdın onu bəndən. Ya Rəbb, ədalət! Bəni öldür, qurtar! Hər yer bana zindan kibi oldu tar. (qapıya doğru baqaraq) Ah, bu xain qonaq aman istərkən Niçin bən ona yer verdim bilmədən?! Oğlumun köksünü yarsın da gəlsin, Bir cəllad kəndini amanda bilsin?! Xayır, xayır, bu mümkün deyil əsla! Sağ buraqmam... Bənim pəncəmdə hala! Onun həddini bildirir bu əllər! Qəlbinə yerləşsin gərək bu xəncər! Gərək bulsun cəzasını... (təbdili-tevr ilə) Ah, fəqət; Oğlumun ruhu, bəlkə, eylər nifrət, Bəlkə, bəndən incinir, çünki şimdi Qan dökməyə əsla riza vermədi. Həm mültəci, həm qərib, həm misafır; Xayır, vicdanım olmaz buna qadir. Bir də hər nə yapsam, bu dərdi silməz, Məhv olsa aləm, Qanpolad dirilməz. Xayır, əfv etməli!.. Getsin də miskin Xəcalətdən ölsün, yerlərə keçsin! (dönüb İsmətlə oğluna baqaraq) Ya Rəbb! Ah, bu nasıl mənzərə? Dəhşət!.. Sonsuz bir iftiraq içində vüslət! Şəfəq zənn olunan şey yanğın oldu; Qönçələr açmadan sarardı, soldu! Ah, nasıl iki heykəl kibi bihuş, Bir-birini eyləmişlər dərağuş!? |