Qanpolad |
Səlim! Bıraq, haqsız yerə dökmə qan! Bən kəndim intiqam aldım onlardan. |
Səlma |
Ah, yavrum, quzum! Sən rahatsız olma! Nasıl? Yaran nasıl? |
Qanpolad |
Alevləndi qəlbim, tükəndi səbrim; Ah, bir az su... Atəş almış hər yerim. |
Səlma | Aman, evladım, su zərərdir sana... |
Qanpolad | Ah, nerdə İsmət? Çağır gəlsin bana! |
Səlma | Oğlum! Şimdi gəlir,burdaydı əvvəl... |
Qanpolad |
İsmət, son nəfəsimdir, ah, çabuq gəl! Gəl, gediyor Qanpolad... |
Səlma |
Ah, arslanım! Qurban olsun sana dəyərsiz canım. |
Qanpolad | Əlvida!.. Əlvida!.. Gözəl İsmətim! |
Səlma (ayağa qalqaraq) |
|
Aman, ya Rəbb! Uf, kəsildi taqətim... | |
Qanpolad | İsmət! Ah, sənmisin? |
Səlma |
Ya Rəbb, mərhəmət! Mərhəmət, ya Rəbb! (bu sırada İsmət gəlir.) İştə gəldi İsmət... (İsmət ilk baqışda şaşıraraq donub qalır) |
Qanpolad | İsmət! |
İsmət | Ah, Qanpolad! |
Qanpolad | Əlvida!.. |
İsmət | Eyvah!.. (Hönkür-hönkür ağlayaraq Qanpoladı qucaqlar) |
Qanpolad | Əşhəd... ən...la ilahə... illəllah... |
Səlma (həyəcanlı) |
|
Qızıl güllər açmış köksündə, yavrum! |
|
İsmət (sinirli) |
|
Xayır, yalnız bıraqmam əsla səni. (Qanpoladın xəncərini çəkib özünü vurmaq istər) |
|
Səlma (xəncəri onun əlindən alaraq hiddətlə) |
|
Bən səndən daha müstəhəqqim, İsmət! Qanpolad! Sən nə tez unutdun bəni? |