Gərçi dünyadan almamış kamını, Qanlısından almış intiqamını. |
|
Səlim |
Fəqət Murad!? Qaçsa da, sağ qurtulmaz. (bir tərəfə qoşmaq istər) |
Səlma (hiddətli) |
|
Yüzlərcə öylə miskin parçalansa, Bir tükünə dəyməz oğlumun əsla! |
|
Səlim (gəldiyi tərəfə baqar, birdən-birə həyəcan ilə) |
|
Gəl, ana, oğlun gəldi iştə! | |
Səlma (yola baqaraq) |
|
Eyvah! Kaş ki öləydim, görmiyəydim, Allah! (Hər ikisi yola doğru qoşar, sonra Qanpolad yaralanmış olduğu halda bir ləzginin yardımı ilə görünür. Səlim, Səlma da ətrafını almış olurlar.) |
|
Səlma (oğlunu bağrına basıb ağlayaraq) |
|
Oğul, oğul! | |
Qanpolad | Of, ana! |
Səlma | Can, Qanpolad! Ah, sana kim qıydı, kim? Hanki cəllad? |
Qanpolad |
Düşmanım qanlı taleyimdir, ana! (Bu sırada anasının qucağına yıqılıb uzanaraq) Ana! Hiç təlaş etmə, hiç sıqılma! |
Səlma |
Ah, yavrum! Kaş ki məhv olaydı Səlma, Görmiyəydi səni al qan içində... |
Ləzgi (hiddət və təəssüflə) |
|
Ah, Murad, alçaq Murad. | |
Səlim |
Durma sən də, Haydı, fürsətdir, intiqam almalı! |
Qanpolad | Səlim! İstəməz... |
Ləzgi |
Xayır,tez bulmalı! Əvət, xain gərək həddini bilsin, Namərd izi yer yüzündən kəsilsin. (hər biri bir tərəfə qoşub gedər) |