Murad (əlində bir boş tapança olduğu halda təlaş ilə qoşaraq) |
|
Eyvah, can qurtaran yoqmudur? | |
Səlma | Nə var? |
Murad | İmdad! Həmşirə, imdad, bəni qurtar! |
Səlma | Gəl, oğlum, gəl, hiç qorqma! |
Murad |
Ah, mərhəmət!.. Yoqsa məhv edərlər bəni bu saət. |
Səlma (evi göstərərək) |
|
Haydı, gir çabuq birtərəfdə saqlan; Allah böyükdür, bir şey olmaz, inan! |
|
Murad |
Ah, xanım, bir sənsin bənim pənahım; Bən qərib kimsəyim, yoq bir günahım. |
Səlma |
Haydı, gir içəri, gizlən bir yanda; Təlaş etmə, kəndini bil amanda! |
Murad (kəndi-kəndinə) |
|
Qatil oldum... |
|
Səlma | Artıq çəkil, durma sən! |
Murad | Allah razı olsun... |
Səlma | Tez çəkil, durma! |
Murad | Ah! (deyə içəri girər) |
Səlma |
Zavallı! Pək çoq qorquyor amma; Kim bilir! Hanki vicdansız, qudurmuş. Biçarəyi məhv etmək istiyormuş. Həm qərib, həm kimsəsiz, həm köməksiz... Bütün dünya toplanıb gəlsə hərgiz, Allah şahid, bən onu verməm ələ. İnsaf yoqmu? Səlma ölməmiş hələ! |
Səlim (əlində xəncər, təlaş ilə qoşaraq) |
|
Ah, o xain nerdə? O qatil nerdə? | |
Səlma | Kim? Oğlum!.. |
Səlim | Ah, o miskin, rəzil nerdə? |
Səlma | Yavrum! Qanpoladdan xəbər ver bana! |
Səlim |
Burdan biri qaçmadımı bir yana? (Əcələ başqa bir tərəfə qoşmaq istər) |