Səlma | Nasıl müjdə? |
Səlim | Gəldi oğlun... |
Səlma (təlaş ilə) |
|
Köydəmi? | |
Səlim | Əvət, köydə, şimdi gəlir... |
Səlma (sevinc ilə) |
|
Ah, yavrum! Hər bəladan saqlasın sizi Tanrım! Söylə, nə müjdə istərsin, arslanım? |
|
Səlim | Artıq sənbilirsin... |
Səlma | Pəki, sultanım! (Əcələ içəri girər) |
Səlim (kəndi-kəndinə) |
|
Bən böylə bir qadın görmədim hələ. Böyüklükdə, mərhəmətdə seçilmiş, Alicənablıq boyuna biçilmiş. Söz yoq, böylə qəlbi geniş qadından Doğar Qanpolad kibi bir qəhrəman. |
|
Səlma (əl-ində bir kəmər çıqaraq) |
|
İştə gümüş kəmər! Həm də yepyeni, Sonra yenə məmnun eylərim səni. |
|
Səlim | Çoq sağ ol... |
Səlma | Toyda da bir xələtin var. |
Səlim |
Bu, bəncə, ən dəyərli bir yadigar, Bir yadigar ki, hiç unutmam bunu. (Əcələ qoşub gedərək) Şimdi gedib qarşılayım oğlunu. |
Səlma |
Get, arslanım, get, sevindirdin bəni, Oğlum, şadikam etsin Allah səni! Ah, yürəyim sanki dönmüş məşələ, Ya Rəbb, təhəmmül ver, səbr əta eylə! Hər anayı et bənim kibi dilşad! (sevinc ilə) Of, yenə sağ gəlib çıqdı Qanpolad! Qorqarım ki, xəbər duyarsa İsmət, Sevincindən məcnun olur, nihayət. (Bu sırada yaqında dörd-beş əl şiddətli tapança atılır. Səlma təlaş ilə beş-on addım səs gələn tərəfə yürüyərək) Ah, bu qurşun nə? Ruha dəhşət verir; Aman, ya Rəbb! Həp tüklərim ürpərir; Köydə mütləq qanlı bir atışma var, Yoqsa yenə çarpışırmı qaçaqlar? |