Orxan | Nasıl? |
İzzət |
İsmət şimdicə Müjdə için getmədimi? |
Orxan |
Xayır, bən Görmədim, hiç görmədim... |
İzzət |
Ah, bu gün sən Pək başqa bir hal keçirməkdəsən... |
Orxan | Gəl! |
İzzət | Nə yapmaq istiyorsun? Söylə əvvəl! |
Orxan |
İzzət! Gəl! Çoq söyləmə, çoq uzatma! Şimdi bulmalıyım bən onu!.. |
İzzət |
Amma Böylə tələsməkdən bir şey umulmaz, Təhəmmül gərək, qardaşım... |
Orxan |
Hiç olmaz! Ər kişidə olur bir söz, bir məram. Əzm eylədim, məhv olsa aləm tamam, Dönməm geri, hər yan bana açıq yol... (İzzətin qolundan tutub çəkərək) Haydı, gəl gedəlim, fəqət əmin ol; Ya gərək İsmət eşqimə inansın, Ya Qanpolad al qanlara boyansın. (Gedirlər) |
II
Səlma (bir az sonra dışarı çıqaraq sevinc ilə) |
|
Səlma da, aqibət, xoş bir gün görür. (Əlindəki məktuba baqaraq) Gerçək, kim zənn edərdi birdən-birə Bir kağız böylə ruhu şənləndirə. Oğlum Yusif kibi həbsə düşmüşdü; Şükür, qurtulmaq xəbəri yetişdi. Ah, onu yalnız bir də sağ görsəydim; Dünyada olmazdı həsrətim, dərdim. |
|
Səlim (bir tərəfdən çıqaraq) |
|
Səlma bacı! Müjdəmi ver, müjdəmi! |