İsmət (gedərək) |
|
Çoq gecikməm... | |
Səlma | Haydı get, parlaq çiçək! |
İsmət (uzaqlaşaraq kəndi-kəndinə) |
|
Ah, fəqət intiqam dilərsə Orxan, İsmət xoşbaxt ikən olur bağrı qan. (göyə doğru) Ey bizi yoqdan yaradan bir Allah! Rəhm eylə, səndən başqa yoq bir pənah. (Orxan ilə İzzət yenə görünürlər) |
|
Orxan | Ah, demək ki, Qanpoladdan xəbər var! |
İzzət | Əvət, yarın, şübhəsiz, gəlir çıqar. |
Orxan |
Zərər yoq, onu bən sağ qoysam əgər, Dünyada yoq bəndən alçaq bir nəfər. |
İzzət(yana) |
Mərd atalar bir məsəl söyləmişlər: “Daldan atılan daş topuğa dəyər”. |
Orxan |
Bir ay pusmaq lazım gəlsə ac-susuz, Bəklərim onu rahatsız, uyğusuz; Aman verməm ki, sağ qavuşsun evə, Nazlı yarını öpsün sevə-sevə! |
İzzət |
Ah, sən niçin qandırmadın İsməti? Niçin əlindən çıqardın fürsəti? Bir həftə əvvəl qızı birdən-birə Alıb qaçırsaydın başqa bir yerə, Şimdi gözəl-gözəl sürüb keyfıni, Qanpoladdan çıqarmışdın heyfini. |
Orxan | Of! Ağrıdan sanki çatlıyor başım... |
İzzət |
Yigit hər zaman yigitdir, qardaşım, Yenə az-çoq əldə fürsət var hələ; Yalnız açıqgöz ol, sən vaqtı bəklə! |
Orxan | Xayır, bəklədikcə hevsələm bitər. |
İzzət | Haydı, gəl gedəlim, artıq gəl, yetər. |
Orxan | Ah, qəlbimə sanki od-alev dolmuş! |
İzzət | Gəl, canım, gəl! |
Orxan | Pəki... |
İzzət | Baq, aqşam olmuş! |
Orxan |
İnan, Burdan getməm İsməti görməyincə... |
İzzət | Şaşırdınmı? |