İzzət (şaşqın bir halda göstərərək) |
|
Ah, bu gələn kim? | |
Orxan (usanmış bir halda) |
|
Allahın bəlası!.. | |
İzzət | Səhih kimdir? |
Orxan |
Qanpoladın anası... (Hər ikisi təkrar ağaclığa çəkilir. Bu sırada İsmət dışarı çıqıb baqınır) |
Səlma (gələrək, sevinc ilə) |
|
İsmət! Qızım, müjdəmi ver, müjdəmi! Bundan sonra gül, sevin, tərk et qəmi! Şükür, çoq şükür, sapsağlam, könlü şad! Bu gün, yann gəlmək üzrə Qanpolad. |
|
İsmət (kəndisi) |
|
Allaha şükür!.. (aşkar) Gəlmək üzrəmi? |
|
Səlma |
Hay, hay! Yazdığından bəsbəllidir ki, bir ay, Tamam bir ay tədarük etməkdədir; Çoq ehtimal var ki, bu aqşam gəlir. |
İsmət (heyrətlə) |
|
Nasıl? | |
Səlma |
Əvət, ya bu aqşam, ya sabah, Qavuşturur sizi o qadir Allah. (İsməti süzərək) Həm də yazmış ki, söylərsən İsmətə; Toy başlanmalıdır gəldiyim həftə! (İsmət utanıb başını aşağı dikər) Gəl, utanma, hifz etsin sizi Tanrım; Gəl, öpəyim səni, gəl, quzum, yavrum! (İsməti qucaqlayıb öpərək) Gül rəngin afət görməsin, solmasın! İsmət! Hiç bir günüm sənsiz olmasın! Gəl evə, elmasım! |
İsmət |
Rüsxət versəniz, Şimdi gedib evimizə söylərim tez, Yenə tez gəlirim; çünki anamgil Həp müntəzirdir, kimsə rahət degil. |
Səlma |
Pəki, quzum! Get söylə, anlat bütün; Qoy sevinsinlər, fəqət sən çabuq dön! Çünki evdə bir az hazırlıq görək. |