İsmət |
Evdə gecikdim az bir zaman; Çıqdım, bir də baqdım, ondan yoq xəbər. Ancaq qalan yadigar bir bu xəncər!.. |
Səlim |
Hiç zərər yoq, fəqirlər aciz deyil, Sən bəklə Səlmayı, ondan xəbər bil, Sonra evimizə get, burda gecikmə! Həm də söz açma bu işdən hiç kimə! |
İsmət | İnsan kəndini hiç eylərmi rüsva? |
Səlim | Haydı, get evdə bəklə, burda durma! |
İsmət |
Pəki, itaət borcumdur, qardaşım! (evə doğru gedərək kəndi-kəndinə) Ah, nələr çəkəcək ağrımaz başım. (içəri girər) |
Səlim (kəndi-kəndinə hiddətlə) |
|
Haqsızlıq əfv olunmaz hiç bir zaman. Şimdi yalnız bulub gizli bir yerdə, Anlatırım həddini bir xəncərdə. (Orxanın xəncərinə diqqətlə baqaraq) Gərçəkdən pək kəskin silahdır, yinə, Ən nihayət, qismət olsun kəndinə. Bir də, dosta əyri baqan azğınlar, Eşitsinlər də, qoy ibrət alsınlar. (Xəncəri qoltuğunda gizlər. Ətrafına baqaraq uzaqlaşır. Sonra Orxan və İzzət ağaclıqdan çıqarlar) |
|
Orxan (qəhqəhə və istehza ilə) |
|
Od-alev saçıyor qəhrəman Səlim, Eyvah, demək, son nəfəsimdir bənim! (Səlimin getdiyi tərəfə baqaraq) Get, baqalım, get ara, bul Orxanı! Get bul sana dost görünən düşmanı! Məhv et, parçala! Anlasın həddini, Bundan sonra küçük saymasın səni. |
|
İzzət |
Düşman hər nə qadar aciz olsa da, Məğrur olub küçük sanma, xanzada! |
Orxan |
Sözün doğru, pək doğru... lakin, İzzət! Kim yigitsə, söz onundur, nihayət. Hiç tələsmə, burda dur, şimdi bir də İtmami-höccət eylərim İsmətə; Təklifimi xoş görürsə nə əla! Rədd edərsə, inan, yaşatmam əsla! |