İsmət |
Ah, söyləyim, Söyləyim, qardaşım, ancaq bu sirri Bir sən bilməlisin, bir bən... |
Səlim (İsməti bir tərəfə çəkərək) |
|
Gəl bəri!.. Hiç qəm eyləmə... |
|
İsmət |
Faş edilsə bu sirr, İnan ki, pək böyük fəlakət verir. |
Səlim | Pəki, anladıq, söylə artıq... |
İsmət |
Şimdi, Bağçaya çıqmışdım, Orxan göründü... |
Səlim | Nasıl Orxan? Bu kim, bu hanki Orxan? |
İsmət | Qomşumuz xanzadə, zəngin bir cavan. |
Səlim |
Çox gözəl, bildim, o bizim əhbabdır. Sonra? |
İsmət | Gördüm yavaş-yavaş yaqlaşır. |
Səlim | Əvət, sonra? |
İsmət |
Məktubdan, Qanpoladdan Əhval sordu; cavab verdim... bir zaman Qüvvətindən, varından çoq söylədi. Sonra birdən elani-eşq eylədi, Gəl qaçalım, - dedi, - başqa bir yana... |
Səlim | Pəki, cəvab vermədinmi sən ona? |
İsmət |
Əmin ol, pək gözəl cəvablar verdim; Dəf ol! - dedim, gözlərinə tükürdüm. |
Səlim | Nihayət? |
İsmət |
Pək çoq yalvanb-yaqardı, Xəncərini tez qınından çıqardı. Verdi bana: - Öldür! - dedi, - Orxanı, Öldür! İşgəncədən qurtulsun canı. |
Səlim |
Öyləmi? Öyləmi? Ah, rəzil, xain! Pəki, nə yapdın sən? |
İsmət |
Dedim: get, miskin! Çəkil get! - dedim, - ədəbsiz, həyasız! Sonra çəkildim evə etinasız. |
Səlim |
Afərin, dostumuz, afərin, Orxan! Sonra?! |