Səlim (İsmətə yaqınlaşaraq) |
|
Getmək qolay, ancaq sən etiraf et! Anlat başından keçəni büsbütün; Yoxsa bən sana rahət verməm bu gün. Qıymaqmı istiyordun sən kəndinə? Bu xəncərlə oynamaqdan məqsəd nə? |
|
İsmət | Səlim, çıldırdınmı? |
Səlim | Əvət, çarə bul! |
İsmət | Bəndə bir şey yoq, qardaşım, əmin ol! |
Səlim | Kimin bu xəncər, xəbərin yoqmu? |
İsmət | Yoq... |
Səlim |
Ah, bu, yalan bir söz, zəhərli bir oq, Ağzından uçub qəlbimə saplanır. Vücudumda qan coşar, alavlanır. Söylə, İsmət! |
İsmət | Yoq xəbərim, dedim ya! |
Səlim | Öylə isə, and iç, bitsin bu qavğa. |
İsmət |
|
Səlim (İsmətin yaqasından tutub silkərək) |
|
Şübhəsiz... | |
İsmət (kəndisi) Eyvah! |
|
Səlim |
Söylə, İsmət, söylə ki: vallah, billah, Bu xəncərdən hiç xəbərim yoq bənim, Həm də kimindir, bilməm əsla... |
İsmət |
Səlim! Bütün dünya dağılsa, bən and içməm. |
Səlim (hiddətli) |
|
Bən də, inan, israrımdan vaz keçməm, Səlim çocuq deyil, hərgiz aldanmaz; “Billah” de, qurtul... |
|
İsmət (kəndisi) |
|
Ah, inadlı qanmaz! And içməsəm, susdurmaq olmaz onu, And içsəm, olurum Allah düşmanı; Fəqət, xayır, mümkün deyil and içmək, Hər nə varsa, açıb söyləyim gərək. |
|
Səlim | İsmət, söylə, niçin susdun? |
İsmət | Ah, Səlim!.. |
Səlim | Bəndən qorqma, hiç qorqma! |