Səlim (İsmətin qolundan tutub çəkərək) |
|
Gəl! Çocuq olma... |
|
İsmət |
Sən get! (xəncər düşər) Ah! |
Səlim |
İştə əngəl?! (xəncəri yerdən alaraq) İsmət, İsmət. Bu xəncər nə, yanında? Bu əjdər nə, saqlamışsın qoynunda? |
İsmət |
Şimdi burdan keçərkən yerdə buldum, Məraq etdim, kimindir deyə aldım. |
Səlim |
Bən səni bir doğru qız zənn edərdim, Səndə ki aldatmaq da varmış?! |
İsmət |
Səlim! İnan, hiç bir sözümdə yoqdur xilaf, Bən yalan bilməm. |
Səlim (qızğın) |
|
İstəməz başqa laf! Söylə, açıq söylə, hər nə var, söylə! Doğru söylə, İsmət! Şaşırma böylə. |
|
İsmət (kəndisi) |
|
Allah, Allah! Bir bəlaya tuş oldum... | |
Səlim |
İsmət, inan, qaldım şübhə içində, Cavab ver, sonra get, bir iş var səndə. |
İsmət | Səlim! Vaz keç, bıraq... |
Səlim (inadlı) |
|
İsmət, hiç olmaz. | |
İsmət (sinirli) |
|
Allah İsməti öldürsün!.. (Səlimin əlindən qurtulub düşüncəli bir halda evə doğru gedər) |
|
Səlim (kəndisi) |
|
Ah, qurnaz! Baq, nə qadar mahir, nasıl şivəbaz!.. Bir iş var, ancaq saqınır qızcığaz; Sirr vermək istəməz, açmaz ağzını, Xayır, bu halda bən görmədim onu... (İsməti çağıraraq) İsmət, İsmət! |
|
İsmət | Nə var? |
Səlim | Sözüm var sana. |
İsmət | Allahın sevərsən, çıq get bir yana! |
Səlim | Gəl bəri, İsmət! Bəri gəl... |
İsmət | Səlim, get! |