Mərhəmət qıl, insafsız olma, İsmət! Ya gəl canımı al, ya ver tazə can, İştə sən, iştə xəncər, iştə Orxan! (Xəncərini çəkib İsmətə uzatır) |
|
İsmət (alaraq istehza ilə) |
|
Afərin, afərin bu zərbi-dəstə! Hiç rast gəlmədim böylə zərbi-şəstə! Çocuqluqdan bəri bu məmləkətdə Vardım bu sinnə, amma sən fitrətdə, Sən xislətdə bir qəhrəman görmədim, Sən təbiətdə bir insan görmədim. Bu haqsızlıq, bu acizlik, miskinlik Bir mərd için çəkilməz dərdi-mühlik!.. Yazıq Orxan! Billah, yazıqlar olsun, Sən bir yigitsin, sana çoq ar olsun! (Əlindəki xəncəri bir tərəfə atıb gedərək) Əvət, çoq ar olsun!.. |
|
Orxan | Getmə, dur, İsmət! |
İsmət | Hədyan eşitməyə yoq bəndə qüdrət. |
Orxan | Dur, dedim, dur! |
İsmət | Artıq çəkil get, yetər! |
Orxan | Billah, məhv olursun... |
İsmət (xəncəri göstərərək) |
|
Al, iştə xəncər! (Uzaqlaşır) |
|
İzzət (çıqıb yola baqaraq) |
|
Orxan! Gələn var, aman, çəkil, durma! | |
Orxan | Ah, zalım!.. |
İzzət | Gəl, canım, kəndini yorma |
Orxan (azacıq çəkilərək) |
|
İsmət, İsmət! Getdim, unutma lakin... | |
İsmət |
(Etinasızca evə girər) |
Orxan | Ah, bənmi? |
İzzət | Sus, canım, sus! |
Orxan | İsmət! |
İzzət |
Orxan! Gəl, haydı... |