Allah, Allah, yenə çatıldı qaşlar! Dəhşət verir qartalvarı baqışlar! (İsmətə) Söylə, fikrin nədir? Cavab ver, İsmət! |
|
İsmət (usanmış və sinirli bir halda) |
|
Hürmətin, izzətin, varın, şöhrətin, Nəslin, nəcabətin, gücün, qüdrətin Həp sənin olsun, get, çəkil get, Orxan! Bən ayrılmam o yoqsul Qanpoladdan. Bütün dünya alt-üst olub dağılsa, Ondan başqa, sevdiyim yoqdur əsla! |
|
Orxan |
İsmət, artıq bənim təhəmmülüm yoq... Sən gəl bu işdə pək inad etmə çoq. İnan, gözəl, səmər verməz bu inad, Nə sən sağ qalarsın, nə də Qanpolad. |
İsmət | Get, nə yaparsın yap, çəkil get, durma! |
Orxan | Ah, öyləmi? |
İzzət (görünərək) |
|
Orxan, kəndini yorma! Bir gücsüzə yalvarmaqdan nə hasil? |
|
İsmət | Ah, vicdansız, alçaq!.. |
Orxan | İzzət, sən çəkil! |
İzzət (çəkilərək) |
|
Pəki, bən çəkildim, sən yalvar, yaqar, Sanki yalvardıqca məhəbbət artar! |
|
Orxan | Artıq anladıq, çəkil, dəf ol, İzzət! |
İsmət | Ah, xain oğlu xain!.. |
İzzət | Pəki. (çəkilir) |
Orxan |
İsmət! O, məcnundur, ondan bir şey umulmaz, Saçmadır hər sözü, əsla tutulmaz. |
İsmət |
(istehza ilə) Əvət, doğru... yoqsa səni bulmazdı, Səninlə sirdaş, arqadaş olmazdı. |
Orxan |
Hər nə söylərsən söylə, xoşdur bəncə, Bəllidir ki, olmaz dikənsiz qönçə. Hər nazına bən eylərim təhəmmül, Ancaq aynlığa tab etmə müşkül... Bəndə artıq can qalmamış... mərhəmət, |