İsmət |
Əvət, doğru, fəqət məraq, intizar Bir az sıqmış bəni... |
Orxan |
Qanpolad getsin qürbətdə sürünsün, Sən burda ancaq sol, qayğı çək, düşün! |
İsmət | Lakin təhəmmüldən başqa çarə nə? |
Orxan |
Yazıq İsmət, yazıq!.. Sənin hüsnünə Bənim kibi binlərcə aşiq varkən... |
İsmət | Ah, sus, Orxan, sus! |
Orxan |
Söylədiyim sözlər yalanmı? Söylə! Söylə, İsmət, yalanmı? Bir fikr eylə, Bütün Dağıstanda var bir şöhrətim, Yüksək dağlardan böyükdür həşmətim, Hürmətim, izzətim, varım, sərvətim, Nəslim, nəcabətim, gücüm, qüdrətim. Günəş kibi parlayorkən, fəqət bən Yalnız məftunum sana, ah, yalnız sən!.. |
İsmət | Orxan! Yetər, yetər... |
Orxan |
İsmət, bir düşün! Səndən başqa bir düşüncəm yoq bu gün. Bütün qızlar əsir ikən eşqimə, Bən sənin eşqində batmışım qəmə. Səbrim tükənmiş, taqətim kəsilmiş, Huşum, əqlim uçmuş, uyqum çəkilmiş. Səndə əsla mərhəmət yoqmu? |
İsmət (barmağındakı yüzüyü göstərərək, hiddətlə) |
|
Orxan! İştə barmağımda gördüyün nişan Qanpoladdan bir yadigardır bana, Ömrüm olduqca bağlıyım bən ona. |
|
Orxan | Bir yüzükdənmi eylərsən ihtiraz? |
İsmət | Əvət, bu bir zəncir ki, hiç qırılmaz. |
Orxan |
İsmət, onun hiç bir mənası yoqdur, O bir boş xəyaldır, səni qorqudur. Yüzük, nişan yalnız gönüldür, gönül! Olma çocuq... Sən gəl bana ver gönül! Yarın atlanıb bu köydən çıqalım, Yigit kimsə, qarşı çıqsın baqalım. (kəndi-kəndinə heyrətlə) |